Əti nə ilə yemək lazımdır ki, daha faydalı olsun?

Əti nə ilə yemək lazımdır ki, daha faydalı olsun?

Ət insan orqanizmi üçün ən faydalı və vacib qida məhsullarından biridir. Ət dedikdə həmçinin quş əti və balıq də nəzərdə tutulur.

Ət aminturşuları, zülallar, dəmir və s. bu kimi orqanizm üçün əvəzolunmaz maddələri ilə zəngindir. Lakin nəzərə almaq lazımdır ki, ətlə birlikdə qəbul edilən bəzi qidalar və içkilər bu faydalı maddələrin mənimsənilməsini azalda, digərləri isə əksinə artıra bilər. 

Belə ki, ətlə birlikdə süd məhsullarını (qatıq və s.) qəbul etmək olmaz. Süd məhsullarının tərkibində olan kalsium və fosfor dəmirin mənimsənilməsi prosesini pozur.

Nişasta ilə zəngin olan məhsulların (makaron, düyü, kartof və s.) da ətlə yeməyi tövsiyə edilmir. Nişasta zülalların parçalanmasına və mənimsənilməsinə mane olur. Bu isə qarın ağrılarına, köpə gətirib çıxardır.

Paxlalı bitkilər (lobya, mərci, noxud, soya) də ətlə uyğun gəlmir. Paxlalı bikilər zülallarla zəngindir. Bitki və heyvani zülallarla zəngin olan məhsulların birlikdə qəbulu mədə-bağırsaq sistemini yükləyir, zülalların mənimsənilməsi proseslərinə mane olur.

Adətən yeməkdən sonra biz çay içirik. Bu çox ziyanlı qida vərdişidir. Çay və qəhvənin tərkibində olan maddələr ətdə olan zülallar və dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən çayı ət yeməklərindən ən azı 2 saat sonra içmək lazımdır. 

Mütəxəssislər ətdən mümkün qədər çox fayda almaq üçün onu bibər, kələmin istənilən növləri, pomidor, soğan, göyərtilərlə (xüsusilə ispanaq, kərəviz, kahı) birlikdə yeməyi tövsiyə edirlər. Bu məhsullar C vitamini ilə zəngindir. C vitamini dəmirin və zülalların daha yaxşı sorulmasını təmin edir.

saglamolun.az
Top