Qatıq suyunun faydaları

Qatıq suyunun faydaları


Qatıq suyu tərkibindəki vitamin və mineralllar sayəsində orqanizmdə bir çox orqanların fəaliyyətini yaxşılaşdırır.

Sümük əriməsinin qarşısını alır
Qatıq suyunun çox məqsədli funksiyalarından biri də sümük əriməsinin qarşısını almasıdır. Xüsusilə, biraz yaşlandıqda çox şikayət edilən sağlamlıq problemlərindən biri olan sümük əriməsinin qarşısını almaq üçün günün istənilən saatında qatıq suyu içə bilərsiniz.

Xərçəngin qarşısını alır
Qatıq suyunun bir digər faydası isə xərçəngin qarşısını almasıdır. Aparılan araşdırmalar nəticəsində qatıq suyunun tərkibində olan bakteriyalar güclü antioksidan təsiri ilə xərçəng xəstəliklərinin qarşısını almaqda böyük bir payı olduğu müəyyən edilib.

Tiroid xəstələrinin nəzərinə!
Halsızlıq və kökəlmə kimi sağlamlıq problemlərinə səbəb olan tiroidin qarşısını qatıq suyu içərək ala bilərsiniz. Xüsusilə, mineral su, qatıq suyu və bir neçə qaşıq qatıq ilə ayran hazırlayıb, içmək tiroidinizi sabitləşdirməyə kömək edəcək.

Zob xəstəliyinə müsbət təsir göstərir
Daimi olaraq qatıq suyu içmək zobunuza da müsbət təsir göstərəcəkdir. Bu tip xəstəliklərə müsbət təsir göstərən içkilər arasında əhəmiyyətli sırada yer tutan qatıq suyudur. Qatıq suyuna nanə, kəklikotu və pul bibər kimi ədviyyatlar əlavə edərək, gün ərzində özünüzə həm ləzzətli, həm də faydalı bir müalicə edə bilərsiniz.

Sağlam dəri üçün
Qırışlarınız var və dərinizin kifayət qədər sağlam görünmədiyini düşünürsünüzsə, qatıq suyundan faydalana bilərsiniz. Qatıq suyu dərini gözəlləşdirməklə yanaşı, eyni zamanda onu qidalandırır. Daimi olaraq şikayət etdiyiniz sızanaqlar, ləkələr və qırışlardan qatıq suyu ilə azad ola bilərsiniz.

Arzuolunmaz tüklərdən azad olmaq istəyənlərin nəzərinə!
Qatıq suyunu arzuolunmaz tüklərdən azad olmaq üçün təbii çarə olaraq da istifadə edə bilərsiniz.
Top