Sodanın 3 müalicəvi təsiri

Sodanın 3 müalicəvi təsiri

1. Xərçəng əleyhinə təsir
Soda xərçəng xəstəliyindən xilas edərək, kimya terapiyanın effektivliyi artırır. Bu qənaətə Lüdviq Universitetinin (Almaniya) xərçəng üzrə tədqiqatçı alimləri gəliblər.

Mütəxxəsislərin sözlərinə görə, suda qarışdırılmış sodanın istifadə edilməsi xərçəng toxumalarını müaliyəcəyə daha həssas edir. Şiş böyüyən zaman onun ətrafına oksigen daxil olmur, nəticədə isə turşuluq artır. Soda isə turşuluğu neytrallaşdırır.

2. Doğuşu asanlaşdırır
Liverpul Universiteti (İngiltərə) alimləri sübut edir ki, adi soda məhlulu çətin doğuşlar zamanı qadınlara kömək edir. Alimlərin sözlərinə görə soda uşaqlığın turşuluğunu neytrallaşdırır ki, bu da doğuşu asanlaşdırır.

Statistikaya görə, ilk dəfə doğan qadınların təxminən 10%-də doğuş zamanı uşaqlıq normal açılmır. Həkimlər doğuş fəaliyyətini fəallaşdırmaq üçün qadınlara oksitosin yeridir. Lakin 50% hallarda bu kömək etmir və həkimlər qeysəriyyə kəsiyi əməliyyatına müraciət etməli olur.

Qeysəriyyə kəsiyi əməliyyatı yüksək riskli əməliyyat sayılmasa da bütün digər əməliyyatlarda olduğu kimi burada da müəyyən risklər mövcuddur (qanaxma, infeksiya, trombların əmələ gəlməsi).

Həkimlər eksperiment zamanı çətin doğuş keçirən qadınların bir hissəsinə soda məhlulu verirdi, 1 saatdan sonra isə oksitosin yeridirdi, digər qadınlara isə yalnız oksitosin yeridirdi. Nəticədə məlum olub ki, soda məhlulu təbii doğuşların sayını 17% artırır.

Alimlər vurğulayır ki, yeni metod tam ziyansız, ucuz və əlçatandır. Həmçinin soda məhlulundan istifadə uşağa heç bir mənfi təsir etmir.

3. Autoimmun xəstəlikləri zamanı kömək edir
Araşdırma göstərib ki, soda autoimmun xəstəlikləri zamanı effektlidir. Bu xəstəliklər zamanı insanın öz immun sistemi sona qədər məlum olmayan səbəblərə görə orqanizmə qarşı çıxır və müxtəlif orqanları dağıtmağa başlayır. Autoimmun xəstəliklər qadınlar arasında kişilərlə müqayisədə daha çox yayılıb.

Autoimmun xəstəliklər çox çətinliklə müalicə olunur. Soda immun sistemini bir qədər «sakitləşdirir» və bununla da autoimmun xəstəliklər, məsələn artrit zamanı kömək edir. Autoimmun xəstəliklər arasında: revmatoid artrit, Xaşımoto zobu, Şeqren xəstəliyi və s.

saglamolun.az
Top