Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var.
Ananas qabığı arıqlamağa kömək edir
Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin maddəsi var. Bu səbəblə həzmə kömək edir və arıqlamağa kömək edən maddələr arasında yer alır. Ananas qabığı sellülitləri təsirli formada yox edir. Mükəmməl bir sidikqovucu olduğu üçün bədəndəki artıq mayeni ataraq, arıqlamağa kömək edir. Şişkinliyi aradan qaldırır. Arıqlamaq üçün mütləq ananas qabığı çayı içməlisiniz.
Ananas qabığı çayı:
1 ananasın qabıqlarını yuyun, tikanlı qabıqların olduğu yaşıl hissəni doğrayın və 1 saat duzlu suda saxlayın. Duzlu suyu tökün və ananas qabıqlarının üzərinə 2 litr su tökün. Ardından 1 parça zəncəfil, 1 qabıq darçın və son olaraq yarım parça limon atıb bir neçə dəqiqə qaynadın. Gündə 3 dəfə yeməkdən əvvəl için.
Öskürəyin çarəsi
Ananasın içində bol miqdarda olan bromelanin birləşməsi öskürəyi kəsir. Qabığını yemək çətin olduğu üçün suyunu sıxa bilərsiniz. Ananasın qabıqlarını yuyub doğradıqdan sonra bir qrafinə qoyun. Qabıqların üzərini örtəcək şəkildə qaynar su əlavə edin. 1 saat saxladıqdan sonra suyunu süzün və bal əlavə edin. Ananas qabığının suyu balla qarışdıqda öskürəyi dərhal kəsir.
Mədə problemlərinə təbii dərman
Ananasın qabığına yaxın bərk çəyirdəkli hissəsi lif, C vitamini və bromelain maddələrindən ibarətdir. Bromelain enzimi, qidaları və ölü toxumaları həzm sistemində sürətli şəkildə parçalayır və mədəni qoruyur. Bağırsaq işini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.
Xərçəng savaşçısıdır
Bromelanin xərçəngə qarşı olduqca müvəffəqiyyətli bir qoruma təmin edir. Ananas kimyaterapiya ilə bərabər, xərçəngli hüceyrələrin böyüməsini əngəlləyir. Eyni zamanda prostat və qalın bağırsaq xərçəngindən qoruyan betakarotin baxımından zəngindir.
ailem.az