Frappe

Frappe

frappeFrappe (fran. frapper – vurmaq, tıqqıldatmaq, zərbə endirmək) qatı və soyuq kokteyllərdəndir. Onun əsas tərkibi süd, dondurma və meyvə siropundan ibarətdir. Frappe əsasən alkoholsuz içkilərdən hesab edilir, amma, bəzən onu sərt alkohollu içkilərə əlavə edirlər. Frappe kremlərə, likörlərə, tinkturalara, biterlərə əlavə edilərək də içilir. Bəzən frappeyə şokolad, meyvə və giləmeyvə əlavə edib içilir. Onu buzlu və buzsuz içmək mümkündür. Mütəxəssislər gün ərzində 50 ml-dən çox alkohollu frappe içməyi məsləhət bilmir. O soyuq halda və udum-udum içilən içkidir.

Ən məşhur frappe Kofe Frappedir. Onu Nestle şokolad firması hazırlayır. Bu frappe tez hazırlanan qidalardandır. Kofe Frappenin tərkibində kofe, süd, şəkər var. O buzla içilir.

Alkoholsuz, kofe və meyvə-giləmeyvə tərkibli frappe orqanizmi tonuslandırır. Onun tərkibində çoxlu faydalı maddələr var. Bu maddələrin siyahısında əvəzolunmaz amin turşuları, heyvan mənşəli yağlar və s. var. Süd və dondurma tərkibli frappenin tərkibində çoxlu miqdarda kalsium, fosfor, kalium, dəmir və s. var. 

Kofe Frappe B, B2, PP vitaminləri ilə zəngindir. O yüngül sidikqovucu təsirə malikdir, arterial təzyiqi yüksəldir, baş ağrısını aradan qaldırır, orqanizmə güc və enerji verir. Qaraciyər xəstəliklərinin profilaktikası məqsədilə kofe içmək çox faydalıdır.

Meyvə və giləmeyvələrdən hazırlanmış frappe C, PP, E, A, B1, B2, B9, K vitaminləri və mikroelementlərlə zəngindir. Hər gün bu içkidən qəbul etmək qan damarlarının möhkəmlənməsinə səbəb olur, ürəyin, qaraciyərin, böyrəklərin, mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir.

Manqo tərkibli frappe A, C, D və B qrup vitaminlər, makro və mikro elementlərlə zəngindir. Sinir sistemi gərginlikləri, əsəbilik və stress zamanlarında manqo tərkibli frappe içmək çox faydalıdır. Bu içki sinir, ürək-damar və mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox faydalıdır.

Frappenin heç bir əks təsiri yoxdur. Laktozaya qarşı allergiyası olanlara südlü frappe içmək məsləhət görülmür. Frappe içməzdən əvvəl onun tərkibində olan meyvələrə qarşı allergiyanın olub-olmamasına diqqət yetimək lazımdır. Hamilə, uşaqəmizdirən qadınlara və 18 yaşına qədər uşaqlara alkohollu frappe içmək məsləhət görülmür.
Top