Şərqlilərin uzunömürlü olması dünyada bir fakt kimi qəbul olunur. Şərq təbiblərinin və müdriklərinin uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı şərq təbabəti uzunömürlü olmaq üçün 10 qızıl qaydaya riayət etməyi tövsiyə edir.
1. Hər qida qəbulundan sonra 100 addımlıq məsafə qət edin.
2. Heç vaxt alkoqoldan istifadə etməyin.
3. Bitkilərlə qidalanın və bitki mənşəli yağlardan istifadə edin.
4. Piyada gəzməyə üstünlük verin.
5. Bütün ev işlərini əllə görün, paltaryuyan, qabyuyan maşınlardan, tozsorandan imtina edin.
6. Hər gün az da olsa idmanla məşğul olmağa vaxt ayırın.
7. Mənzilinizin pəncərəsini müntəzəm açıq qoyun ki, otağınızın havası təmiz olsun.
8. Günəş vannası qəbul edin.
9. Tez yatın və yuxudan tez oyanın.
10. Xoş əhval, sevinmək və gülmək üçün bəhanə axtarın.
Belə baxanda bu qaydalar çox sadə, insandan xüsusi iradə, vaxt və vəsait tələb etməyən qaydalardır. Amma bu sadəliyin arxasında uzun və sağlam bir ömür dayanır. Sadəcə tənbəlliyi atıb şərq müdriklərinin tövsiyələrinə əməl etmək lazımdır.
İlham Cəmiloğlu