Pozitiv və neqativ enerjinin sağlamlığa təsiri

Pozitiv və neqativ enerjinin sağlamlığa təsiri

Müasir dövrdə belə bir fikir formalaşmışdır ki, insanın şəfa tapması yalnız iynə-dərmanla mümkündür. Bir çox hallarda bu cür müalicə tam sağlamlığa nail olmağa imkan verməsə də, digər yanaşmalar adətən rədd edilir. Müalicə imkanlarını bu cür məhdudlaşdıran əsas səbəb insanın mahiyyətinin düzgün nəzərdən keçirilməməsidir. 

Ənənəvi tibb insanın yalnız fiziki bədənini müalicə obyekti kimi qəbul edir və müxtəlif kimyəvi preparatlarla müalicə xəstəliyi aradan qaldırmanın yeganə üsulu hesab edilir. Halbuki insan bir neçə enerji təbəqəsindən və materiyadan ibarət mürəkkəb quruluşa malikdir.

Lakin buna baxmayaraq, artıq bir çox peşəkar həkimlər insanın psixoloji vəziyyətinin, energetik aurasının onun sağlamlığına bilavasitə təsiri olduğunu qəbul edir və öz müalicə taktikalarında ilk növbədə həmin sahələrdə neqativ halların aradan qaldırılımasına əhəmiyyət verirlər.

Enerji-terapiyanın əhəmiyyətindən danışarkən bir çox hallarda, xüsusən də kritik vəziyyətlərdə, məhz dərmanların tətbiqinin vacib olduğunu, təbii ki, inkar etmək olmaz. Lakin orqanizmi kritik vəziyyətdən çıxardıqdan sonra sağlamlığı tam bərpa etmək üçün daha geniş terapiya üsullarına müraciət etmək əhəmiyyətlidir. 

Əslində pozitiv energetikanın insanın şəfa tapmasında rolu həmişə qəbul edilib. Xəstənin həkimə etimad göstərməsinin və sağalacağına inamının olmasının müalicədə həlledici rol oynaması hər zaman həkimlər tərəfindən danılmaz həqiqət hesab olunub.

İnsanın energetikası ideal təmiz vəziyyətdə olduğu zaman onda enerjinin hərəkəti müntəzəm və maneəsiz baş verir. Lakin daxildə sıx neqativ əmələ gəldiyi zaman o, pas kimi kanalları və çakraları tutur. Həyat enerjisinin normal hərəkətini ləngidərək, sonradan çoxlu fiziki dəyişikliklər törədir ki, bunlar da xəstəliyə səbəb olur. Zərərli maneələrin aradan qaldırılması ilə orqanizm dərhal normaya düşür. 

Bütün bunların izahını yalnız bioenergetika nöqteyi-nəzərindən vermək olar. Çünki bir çox hallarda xəstəliyə səbəb daxili energetik dəyişikliklər olur və insanın aurasını neqativ enerji yığınlarından təmizləməklə insan şəfa tapır.
Top