Maharacadan ibrətamiz dərs

Maharacadan ibrətamiz dərs

Cay Sinqh Maharaca Alvara günlərin birində Londonda gəzərkən o zaman məşhur olan «Rolls-Royce» avtosalonunu görür və onu maraqlandıran modellərlə bağlı məsləhət almaq üçün məkana daxil olmağa qərar verir. Lakin heç kəsin gözləmədiyi bir hadisə baş verir.

Müştərinin monarx olduğunu bilməyən satıcı onun xarici görünüşünə nəzər salaraq salondan qovub. Cay Sinqh bunu heç cür bağışlaya bilməzdi. O, satıcını qeyri-adi üsulla cəzalandırmağa qərar verir.

Maharaca elə həmin avtosalondan 6 ən dəbdəbəli avtomobil alır və onların Hindistana çatdırılmasını xahiş edir. Avtomobillər şəhərdəki məişət tullantılarının daşınması üçün bələdiyyəyə verilir.

Əlbəttə ki, bu, avtosalonun reputasiyası üçün böyük zərbə idi. Yeni zibilyığan maşınlar barədə xəbər bütün dünyaya yayılır və şirkətin gəlirləri kəskin şəkildə azalır.

Məsələnin nə ilə əlaqəli olduğunu anlayan «Rolls-Royce» rəhbərliyi Maharacaya teleqram yollayıb və üzrxahlıq qismində altı avtomobil hədiyyə edib. O, kobud satıcını bağışlamağa qərar verib və bu maşınlarla zibil yığmağı dayandırmağı əmr edib.

Top