Günəbaxan tumları çox faydalı məhsuldur. Amerika alimlərinin son araşdırmaları göstərib ki, tumun gündəlik az miqdarda istehlakı orqanizmdə qocalma proseslərini ləngidir. Lakin nəzərə alın ki, tum çiy olmalıdır.
Tumun tərkibində çoxlu miqdarda fosfolipid, vitamin və sterollar var. Fosfolipidlər sözün əsl mənasında möcüzəli maddələrdir, onların orqanizmə olan müsbət təsiri olduqca çoxdur — ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyətini tənzimləyir və s.
Sterollar da həyatı uzatmaq, cavanlığı və sağlamlığı qorumaq xüsusiyyətlərinə malikdir. Tum E vitamini ilə zəngindir. Bu əsas cavanlaşdırıcı vitamindir. Həmçinin tum kalium və maqneziumla zəngindir ki, bu 2 maddə ürəyin sağlamlığı üçün olduqca vacibdir.