Plovun ziyanları

Plovun ziyanları

Düyü çox faydalı diyetik məhsul sayılır. Lakin bunu bütün düyü növlərinə şamil etmək düzgün deyil. Aş bişirəndə istifadə etdiyimiz ağ cilalanmış düyünün (biz ona «uzun düyü» deyirik) əksinə xeyirdən çox ziyanları var.

Uzun düyünün istehsalı zamanı o, bütün qişalardan təmizlənir. Hansı ki, bu qişalar düyünün əsas faydalı hissəsidir. Onların tərkibinə qidalı liflər, maqnezium, B qrupu vitaminləri daxildir. Emaldan sonra bizə faktiki olaraq yalnız karbohidratlar qalır.

Harvard İctimai Qidalanma Məktəbinin (Harvard School of Public Health) alimləri araşdırmalar zamanı 2-ci tip şəkərli diabetlə ağ cilalanmış düyünün istehlakı arasında əlaqə aşkar edib. Məlum olub ki, yüksək glikemik indeksə malik olan ağ cilalanmış düyünün tez-tez istehlakı şəkər xəstəliyinin riskini artırır.

Nəzərə almaq lazımdır ki, burada söhbət belə düyünü həftədə bir neçə dəfə istehlak edən insanlardan gedir. Əgər siz uzun düyüdən hazırlanmış aşı yalnız bayramlarda və özəl günlərdə istehlak edirsinizsə, burada böyük təhlükə yoxdur.
Top