Ayaqlara qulluğun vacib qaydaları

Ayaqlara qulluğun vacib qaydaları

Ayaqları sağlam saxlamaq, əzələləri rahatlaşdırmaq və gərginliyi azaltmaq üçün nəmləndirici kremlərdən istifadə kifayət etmir. Mütəxəssislər ayaqlarda gərginliyi azaltmaq üçün gündə ən az bir neçə dəqiqə ayaqyalın gəzməyi məsləhət görür.

1. Möhkəmləndirmə məşqləri
Əzələlər zamanla sıxlaşır, nəticədə ağrı və digər problemlərə səbəb ola bilir. Ağrıları məşqlərlə aradan qaldırmaq olar.
Ayaq barmaqlarınızı hərəkət etdirin, bir neçə dəfə büküb açın.
Ayaq barlaqlarınızla qələm qaldırın.
Ayaqlarınızın altına dəsmal sərin və onu irəli-geri hərəkət etdirin.
Ayağınızın altına tikanlı və ya tennis topu qoyaraq onu yuvarlayın.
Ayaq barmaqlarınızın ucunda qalxaraq yeriyin.
Çömbəlmə vəziyyəti alıb bir neçə dəfə tullanın.
Dabanların üzərində dayanın.

2. Pilinq məhsulları istifadə edin
Bədəninizin digər hissələri kimi, ayaqlarda da həddindən artıq ölü dəri hüceyrələri yığılır. Onlardan xilas olmaq üçün müntəzəm olaraq aşındırıcı müalicələr tətbiq etmək lazımdır.

Bədənin digər hissələrinə nisbətən ayaqlarda daha çox çirk, bakteriya toplanır, nəticədə isə dəridə qalın təbəqə əmələ gələ bilər.

Eksfoliyasyon (aşındırıcı) məhsullardan istifadə ölü dəri hüceyrələrinin və ayaqlarda çirkin nəticəsində qabar və döyənəklərin yaranmasının qarşısını alır.

3. Epsom duz vannası qəbul edin
Epsom duzu və uçucu yağlarla birlikdə hazırlanan vanna yorğun ayaqlar üçün mükəmməl terapiya üsuludur.

Bu vasitələrdən biri əzələləri rahatlaşdırır, digəri infeksiyalar və göbələklərin böyüməsini qarşısını alır.
Həftədə bir və ya iki dəfə epsom duzu ilə ayaq vannası qəbul etmək qabar və döyənəklərin yaranmasına mane olur, eyni zamanda ölü dəri hüceyrələrini parçalamağa kömək edir və dərini yumşaldır.

4. Nəmləndirici kremlər istifadə edin
Ani temperatur dəyişiklikləri, keyfiyyətsiz ayaqqabılar, çirkə məruz qalan ayaqlar pH səviyyəsinə təsir göstərir və dəridə çatlara, qaşınmaya, ya da qıcıqlanmaya səbəb olur.* Nəmləndirici kremlər və losyonlardan istifadə həddindən artıq dəri quruluğu və dəri zədələnməsinin qarşısını almaq üçün ən sadə yoludur.

Nəmləndiricilər dərini lazımlı qida maddələri ilə bəsləyir, eyni zamanda hüceyrə istehsalını artırır və dabanlarda ölü dərinin qarşısını alır.

5. Bir axşam masajı
Uzun və yorucu iş günündən sonra gərginliyi və ağrını yüngülləşdirmək üçün ayaq masajından daha yaxşı heç nə yoxdur. Pəncələri hər axşam masaj etməyi vərdiş halına gətirin. Bunun üçün sakitləşdirici yağlar tətbiq etməyi unutmayın. Hər axşam ayaqlara masaj etmək qan dövranını yaxşılaşdırır, dərini təzələyir, qabar inkişafı riskini azaldır.

6. Ayaqları yuxarı qaldırın
Ayaqlar və topuqlar uzun müddət eyni mövqedə (fərqi yoxdur oturaq, ya da ayaqüstə) qalanda adətən iltihablanır. Ağrıdan xilas olmaq üçün ayaqları bir-bir 5 və ya 10 dəqiqə yuxarı qaldırıb divara söykəyib saxlayın. Bu, gərginliyi sakitləşdirir, iltihablanmanı azaldır və qan dövranını yaxşılaşdırır.

7. Ayaqqabı seçimi
Səhv ayaqqabı seçimi ağrıya səbəb olur. Həftədə ən az iki, ya da üç dəfə ayaqların hava almasına imkan verən ayaqqabılar geyinin. Ayaqqabıların içinin nəm olması müxtəlif infeksiyalara, ayaqlardan iy gəlməsinə, bakteriya və göbələklərin əmələ gəlməsinə səbəb olur.

İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin professoru Tahir Ögüt ayaq sağlamlığı üçün dikdaban ayaqqabının hündürlüyünün hansı ölçüdə olmasının vacibliyini açıqlayıb.


Onun sözlərinə görə, hündür ayaqqabılar xüsusilə baş barmağın deformasiyasına gətirib çıxarır.
«Ayaq sağlamlığı üçün dabanın hündürlüyü 4 sm-dən artıq olmamalıdır. Yüksək daban onurğa sütununu zədələdiyi kimi, ayaqlara da böyük zərər vurur.
Tamamilə düz ayaqqabı da məsləhət görmürük. Ayaqqabının dərisi yumşaq olmalı, ayaq özünü rahat hiss etməlidir», — deyə T.Ögüt qeyd edib.

8. Hər gün bir neçə dəqiqə ayaqyalın gəzin
Ayaqyalın gəzdikdə ayaqlardakı gərginlik azalır və beləliklə, alt ayaq əzələlərindəki ağrını yüngülləşdirir.
Top