Kefirin faydaları

Kefirin faydaları

Həzmə kömək edir. Bağırsaq florasını tənzimləyir.

Qidaların həzm edilməsinə və əmilməsinə yardımçı olur.

Bağırsaqlarda bu faydalı mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udma pozuqluqları yarana bilir. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu problemlərin qarşısını almağa kömək olur.

Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən mikroorqanizmləri məhv edir.

Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını dəstəkləyən kefir, böyümə dövründəki uşaqlara və yaşlıların artan kalsium ehtiyacına dəstək verir.

Gün ərzində 2 stəkan kefir içmək gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini təmin etmiş olur.

Zəngin E vitamini və selenium tərkibi sayəsində kefir güclü bir antioksidantdır.

Hüceyrə parçalanmasına səbəb olan toksin maddələrin meydana gəlməsini və törəməsinin qarşısını alaraq hüceyrə yenilənməsinə köməkçi olur.

Kefir də digər probiotik kimi zülal və yağların asan həzm edilməsinə imkan verir. Kefir, aşağı qlisemik indeksi ilə zülalla birlikdə mədədə uzun müddət qalaraq toxluq hissi verir və qan şəkərinin də daha gec yüksəlməsini təmin edir.

Süd turşusu fermentasiya səbəbindən həzmi asanlaşdıraraq, mədədə yaranan qazı yüngülləşdirər.

İçindəki triptofan aminoasidi və B vitamini ilə sinirləri sakitləşdirir və depressiyanı azaldır. Rahatlama və yuxu verici özəlliyi ilə rahat və sakit gecə yuxusu gətirir.
Top