Balıq ətindən düzgün faydalanmaq üçün 5 qayda

Balıq ətindən düzgün faydalanmaq üçün 5 qayda

1. Balığın səhhətinizə yararlı tərəflərindən istifadə etmək istəyirsinizsə, onu çox qızartmayın. Çünki qızaran ət daha çox yağ çəkir və vitamin dəyərini itirir.

2. Menyuda balıq varsa, yanına mütləq tərəvəzlərdən bir neçəsini əlavə edin. Çünki balığın tərkibində çox az miqdarda C vitamini var. Balıqla tərəvəzi bir arada yesəniz, vitamin balansını qoruya bilərsiniz.

3. Ürəyin fəaliyyətini qorumaq və Omeqa3 vitamin kompleksindən yararlanmaq istəyirsinizsə, həftədə 2 dəfə balıq yeyin.

4. Balığın qılçıqlarında yüksək miqdarda kalsium və fosfor var. Bu maddələr sümüyün inkişafında olduqca önəmli yer tutur. Buna görə də kiçik balıqları qılçıqları ilə birgə yeməniz məsləhətlidir.

5. Balıq yeyərkən mütləq içinə limon sıxın. Çünki limonun tərkibində olan anti-oksidanlar və C vitamini balıqda olan Omeqa3 kompleksinin bədəndə qalmasını təmin edir.
Top