"Təşəkkür"

"Təşəkkür"

Əli bəy, bazardakı bir kafeyə oturdu. Yanına gülər üzlü qarson yaxınlaşdı..
"Buyurun cənab" dedi. Əli bəy qarsonun sualını cavablandırmadı cibindən bir qələm bir kağız çıxardı. Kağıza "Mən bir dilim tort və bir limonad istəyirəm qızım" yazdı.Qızım mən nə eşidirəm nə də danışa bilirəm deyə əlavə etmişdi sifarişinin sonuna. Gənc qız vəziyyəti anladı və kağıza "Yaxşı cənab" yazdı.
Əli bəy altmış yaşlarda, həyat yoldaşını itirmiş çox varlı biri idi. Xaricindən onun zəngin olduğuna dair heç bir əlamət yox idi. 
Gənc qız bir az sonra sifarişi gətirdi. Üzü gülər şəkildə sifarişini masaya qoydu. Masadakı kağıza " Nuş olsun cənab" yazdı və digər sifarişlərə yetişmək üçün tələsik qaçdı. Kafenin xeyli müştərisi vardı. Günorta dolub daşıyırdı. Kafe sahibi yaxşı qazanırdı.
təbəssüm və təşəkkürün gücü böyükdürƏli bəy yeməyini bitirdi gənc qıza əl edərək hesabı istədi. Gənc qız gülər üzü ilə Əli bəyin yanına gəldi. Ora-bura qacmaqdan qan tər içində qalmışdı. Əli bəy hesabını ödədikdən sonra kağıza "Təşəkkür edirəm qızım" yazdı. Gənc qızda " mən təşəkkür edirəm cənab" yazdı..
Əli bəy insan sərrafı idi. Sərvətini insani xüsusiyyətləri ilə qazanmışdı. Hər şeyi dili ilə yəni danışması ilə qazanmışdı. Əli bəy həyatda hər şeyə doymuşdu. Bir neçə nəsilinə çatacaq pulu vardı. Amma bir şeyə doya bilməmişdi. İnsana , yaxşı insanlara həmişə həsrət duyardı. Gözəl insan gördüyündə özünü çox şanslı və xoşbəxt hiss edirdi. Əslində Əli bəy nə kar idi nə də dilsiz idi. Bir məqsədi vardı və bu rolu oynayırdı.

Sabahısı gün yenə kafeyə gəlib masaya oturdu. Gənc qız gülərək yaxınlaşdı, Əli bəy yenə sifarişini yazdı.." Bir dilim tort bir limonad" Gənc qız qaçdı gətirdi. Əli bəy gənc qızın münasibətindən məmnun qalmışdı. Hesabı ödədikdən sonra gənc qıza xeyli bir bəxşiş verdi. Gənc qız qələmi götürdü və kağıza " Təşəkkür edirəm cənab" yazdı.
Əli Bəy bu munasibət səbəbiylə buranın daimi müştərisi olmuşdu. Hər gün yeməyini yeyər gənc qıza təşəkkür edər bəzən bəxşiş qoyar gedərdi. Gənc qız da hər səfərində bezmədən "təşəkkür edirəm" yazar Əli bəyi yola salardı.
Kafe sahibi bir gün gənc qızı yanına çağırıb danladı.. Bu səfillə çox zaman itirirsən, işimiz çoxdu. "Soruşmadan bu səfilin limonadını və tortunu ver gəl " dedi. Əli bəy bunları eşidirdi. Ancaq fikir vermirdi. Gənc qız soruşmadan tort və limonadı götürüb gətirdi. Əli bəy bu səfər kağıza " mən çay istəyirəm qızım" yazdı. Gənc qız pərt olmuş bir tərzdə " üzr istəyirəm cənab mənim səhvimdi" dedi.

Əli bəy gənc qızın mehriban münasibətinə görə bura gəlirdi. Gənc qızın ona qarşı göstərdiyi nəzakət onu ovsunlamışdı. Bu vəziyyətdən məmnun olmayan kafe sahibi idi və bu yazışma onu çox hirsləndirirdi. Ona görə zaman itkisindən başqa bir şey deyildi. Kafe sahibi gənc qızı belə bir mübahisə səbəbi ilə işdən qovdu.
Əli bəy gənc qızın qovulmasına görə kafeyə bir daha getmədi. Onu kafeyə çəkən nə tortun etmənin nədə limonadın ləzzəti idi. Əli bəy gənc qızın hər səfərində bezmədən " Təşəkkür edirəm" yazmasına vurulmuşdu. Gənc qızı işdən azad etdikdən sonra kafe sahibinin müştəriləri gedərək azaldı. Necə azalmasan; bura müştəriləri çəkən şey əslində gənc qızın gülər üzü və xoş münasibəti idi. Sonunda kafeni əldən çıxarmaqdan başqa çarəsi qalmadı. Əli bəy buranı alıb işlətməsi üçün gənc qıza təklif etdi. Gənc qız sevinclə qəbul etdi. Gənc qız çox xoşbəxt idi amma bir o qədər də çaşqın idi.

Bir gün gənc qız Əli bəyə niyə ona belə davrandığını soruşdu. 
Bax qızım dedi " Sən çox yaxşı bir insansan. Sən mənim hər gəlişimdə mənə təşəkkür etdin , üstəlik bunu yazaraq etdin. İnsanların çoxu dili ilə belə söyləməyə tənbəllik edərkən sən hər səfərində yazma zəhmətinə dözdün. Məndən təşəkkürü əsirgəmədin. Təşəkkür hər kəsin bir-birinə borclu olduğu amma kimsənin ödəmək məcburiyyətində olmadığı bir borcdur. Ödəndiyində qazancı , ödənilmədiyində də itkisi böyükdür" deyə əlavə etdi.

Həmçinin bax:
Analarınıza təşəkkür edin
Top