Bəzi uşaqlar valideynlərinin vegetarian olmamasına baxmayaraq, heyvani qidalara qarşı həssasdırlar və bəzən hər cür əti rədd edirlər. Əgər uşaq vegetarian pəhrizi kimi qidalanırsa və bu zaman müqaviməti zəifləyirsə, onun enerji, qida elementi ehtiyaclarını təmin etmək vacibdir. Bununla bağlı türkiyəli dietoloq Aslıhan Kiçiyin məsləhətləri olduqca faydalıdır.
Dietoloq bildirir ki, məktəb əvvəli dövr ərzində böyümə və inkişaf çox sürətli olduğu üçün uşaqların qidalanması nizamlanmalıdır. Məktəb yaşı çatmayan bəzi uşaqlar körpəlikdən heyvani qidalardan imtina edirlər. Onlara adətən vegetarian uşaqlar deyilir. Vegetarian uşaqlarda kalsium, dəmir, B12 vitamini və zülala ehtiyac daha çox olur: “Ət yeyilməməsi süd və süd məhsulları, yumurta yeməyin əhəmiyyətini daha da artırır. Yumurta, süd məhsulları, quru paxlalılar və yağlı toxumlarla qidalanmanı dəstəkləməli, liflə zəngin olmayan qidalanma proqramı tərtib etməlisiniz. Vegetarian uşaqlarda pəhrizli qidalanma lif tərkibli olarsa, sink, dəmir, kalsium kimi mineralların və digər qida elementlərinin udulmasına maneə yaranır. Bol meyvə-tərəvəz yeməlidirlər, lakin qabıqlarını soyaraq. Böyümə müddətində kəpəkli məhsullar yaşlılardan fərqli olaraq az yeyilməlidir”.
Dietoloq zülal və dəmir qəbulu üçün yumurta yeməyin vacib olduğunu vurğulayır. Uşağınız yumurtanı qaynadılmış halda sevmirsə, başqa yeməklərin içində verə bilərsiniz. Paxlalılar (noxud, lobya, mərcimək və s) zülal, mineral və liflə zəngindir. Ana paylarda əsas yemək olaraq quru paxla və ya yumurtalı yeməyə də yer verin.
Mütəxəssis uşaqların qidalanmasında süd və balın əhəmiyyətinə də toxunub: “Süd qrupu məhsulları ilə qidalanmaq vacibdir. Süd məhsullarını evdə hazırlayacağınız yemək və şirniyyatların tərkibində də qəbul etmək olar. Uşaq balıq yeməyə də həvəsli deyilsə, gündə 2 boşqab Omega-3 yağları ehtiva edən qidalar yeməsinə şərait yaradın. Bunu təmin etmək üçün yeməklərdə, salatlarda bir yemək qaşığı (10 ml) kanola və ya soya yağı, bir yemək qaşığı (10 ml) kətan toxumu yağı, 1 yemək qaşığı (10 g) əzilmiş kətan toxumu, 2 ovuc (60 g) qoz kifayətdir. Qabıqlı sərt meyvələr və yağlı toxumlar çox miqdarda yağ ehtiva edir. Buna görə də çox yeməməlidirlər”.
ailem.az