Velosiped sürmək arıqladırmı?

Velosiped sürmək arıqladırmı?

Məqsədiniz sürətli və qalıcı arıqlamaqdırsa, velosiped sürməyə başlayın! Çünki 1 saat velosiped sürmək 600 kalori yandırmağınıza səbəb olur. Bunun mənasını yəqin ki, bilirsiniz.

Bədəninizdəki yağ və şişlərdən xilas olub gündən-günə arıqlaya bilərsiniz. Həyatınızda velosipedə yer verdikdə daha sağlam, daha xoşbəxt və daha arıq olacaqsınız.

Velosiped sürmək ayaqları arıqladırmı?
Velosiped sürmək, qaçmaq, gəzinti kimi ayaq əzələlərini işlədən idmanlarla məşğul olmaq istəyənlər ayaqlarının qalınlaşmasından qorxurlar. Ancaq əksinə, velosipedin köməkliyi ilə incə, güclü və gözəl formalı ayalara sahib ola bilərsiniz.

Evdə velosiped sürmək arıqladırmı?
Evində idman velosipedi olan insanlar da hər gün velosiped sürərək sürətli və sağlam arıqlaya bilər. Çünki burada vacib olan hərəkət etməkdir. Bədəndəki əzələ qruplarını işlədib metabolizmi daha çox sürətləndirmək olar. Xüsusilə havaların çox isti və çox soyuq olduğu fəsillərdə evdə idman velosipedi sürmək həm faydalı, həm də arıqlama baxımından yaxşı seçimdir. Həmçinin velosipedinizi televizorun qarşısında yerləşdirib sevdiyiniz serialı izləyərkən idmanla məşğul ola bilər, fərqində olmadan arıqlayarsınız.

Velosiped sürərək necə arıqlaya bilərəm?
— Hər gün ən az 45 dəqiqə velosiped sürün.
— Velosiped sürərkən bəzən sürətli, bəzən yavaş olun.
— Hər gün 15 stəkan su için.
— Şəkərli qidaların düşmanınız olduğunu bilin.
— Velosiped sürməzdən qabaq isinmə hərəkətləri edin.
— Velosiped sürdükdən sonra duş qəbul edib ayaqlarınızı kisələyin.
Top