Orqanizmi zərərli maddələrdən təmizləyən 6 içki

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 içki

1. Alma şirəsi. Almanın tərkibində olan pektin bağırsaqların fəaliyyətini normallaşdırır ki, bu da toksinlərin orqanizmdən xaric olunmasında mühüm rol oynayır. Alma şirəsi azkalorili olmaqla yanaşı vitamin və mikroelementlərlə, xüsusilə dəmirlə zəngindir. Məhz buna görə alma şirəsi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Orqanizmin təmizlənməsi üçün alma sirkəsindən də istifadə etmək olar. Bunun üçün 3 xörək qaşığı alma sirkəsi 1 litr mineral suya qatılır və sutka ərzində 3-5 dəfə qəbul edilir.

2. Cəfəri və limon. 15 dənə saplaqlı cəfərini blendrda tam əzmək, bir stəkan suda qarışdırmaq və üzərinə limon şirəsi əlavə etmək lazımdır. Səhərlər yeməkdən yarım saat əvvəl 15 gün ərzində qəbul edilməlidir. Bu, xüsusilə qaraciyərin təmizlənməsi üçün olduqca faydalıdır.

3. Yaşıl kokteyl. Orqanizmin təmizlənməsində yaşıl kokteyli ən faydalı içkilərdən saymaq olar. Bunun üçün kahı, xiyar, kərəviz, ispanaq, turşəng, kivi, üzümdən zövqə uyğun kokteyl hazırlanır. Bu içki orqanizmdən artıq mayeni və toksinləri xaric edir. Yaşıl kokteyl həmçinin qaraciyəri zərərli maddələrdən qoruyur.

4. Kələm şirəsi. Orqanizmin təmizlənməsində kələm şirəsi də effektlidir. Kələm şirəsi xüsusilə həzm orqanlarının zərərli maddələrdən təmizlənməsində faydalıdır.

5. Bitki çayları. Bitkidən dəmlənmiş çayların digər faydaları ilə yanaşı orqanların təmizlənməsində də böyük faydası var. Bu məqsədlə daha çox nanə, adaçayı və qarağat yarpaqlarından dəmlənmiş çaylara üstünlük vermək lazımdır.

6. Zəncəfil. Həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırmaqla yanaşı zəncəfil orqanizmi zərərli maddələrdən təmizləyir. Bunun üçün 4-5 santimetrlik zəncəfil kökünü xırda-xırda doğramaq, 500 qram qaynar suya tökmək, 20 dəqiqə dəmdə saxlamaq lazımdır. Hazırlanmış içkini zövqə uyğun istər soyuq, istərsə də isti halda gün ərzində bir-iki dəfə içmək məsləhət görülür.

Orqanizmin təmizlənməsi sağlamlığımız üçün nələr vəd edir:
1. Xərçəng xəstəliklərinin qarşısı alınır
2. Həzm, qaraciyər və öd yollarının fəaliyyəti normallaşır
3. Allergiya əlamətləri aradan qaldırılır
4. Qanda şəkərin və xolesterolun səviyyəsi aşağı düşür
5. İmmun sistemi güclənir
6. Bədən artıq çəkidən xilas olur
7. Təmizlənmə ateroskleroz, ürək xəstəlikləri və hipertoniyanın inkişafına mane olur
8. Dəri sağlam və gümrahlığını bərpa edir
9. Təmizlənmə bioloji yaşı azaldır

Əgər siz də orqanizminizi təmizləmək qərarına gəlmisinizsə və onun faydasını görmək istəyirsinizsə, heç olmasa təmizləmə tədbirlərini həyata keçirdiyiniz ərəfədə adlarını sadalayacağımız içkilərdən və qidalardan imtina etməlisiniz:

Qazlı içkilər və hazır şirələr
Kolbasa, hisə verilmiş ət məhsulları
Marqarin və ondan hazırlanmış məmulatlar
Şəkər və şirniyyat
Qəhvə
Spirtli içkilər
Yağlı və qızardılmış qidalar
Kərə yağı
Un və un məmulatları

Yəqin ki, insan üşün ən dəyərli nemət olan sağlamlıq naminə bu adi qaydalara riayət etməklə orqanizmin təmizlənməsinə vaxt ayırmağa dəyər. Bu içkiləri qəbil edib orqanizminizə “HƏMİŞƏ TƏMİZLİKDƏ” deyin.
Top