Limon süfrəmizdən əskik etmədiyimiz bol C vitamin tərkibli bir meyvədir. Süfrələrə ləzzət qatan limon yağının da çox istifadə sahəsi vardır. Limon yağı limon meyvəsindən əldə edilən faydalı aromalı bir yağdır. Sağlamlıq, gözəllik və ev içində təmizlik olmaq üzrə bir çox yerdə istifadə edilir.
Limon yağının faydaları
— Bədəndəki şişlikləri səhər axşam bir dəfə bir damla limon yağı ilə ovuşdurmaq şişkinliyi və ağrısını aradan qaldıracaqdır.
— Selülitli bölgələrin bir neçə damla limon yağı ilə masaj edilməsi hüceyrələrdə yığılan toksinləri ataraq dərini, narahat edici görnüşündən xilas edəcək.
— Diş və diş əti ləkələri üçün 1-2 damla limon yağı ilə ovalamaq faydalıdır.
— Əlləri yumşaldır, dırnaqları bərkidir.
— Saçlara canlılıq və parlaqlıq verir.
— Yağlı dərilərin çox yağ ifraz etməsinə kömək edir.
— Ayaqlardakı və topuqlardaki çatlaqları yaxşılaşdırır, yumşaldır.
— Vanna qəbul edərkən duş gelinizə damlatdığınız limon yağı, qan dövranını artıracaq və sizi canlandıracaqdır.
— Ağızda çıxan yaralarda və uçuqlarda limon yağı istifadə edilərsə, çox faydalı olacaqdır.
— Təzə tərəvəz və meyvələri 2-3 damla limon yağında saxlarsanız, mikrob və bakteriyalardan təmizləyər.
— Müxtəlif yaralanmalarda mikrob düşməməsi üçün limon yağı istifadə edə bilərsiniz.