Bahar yorğunluğunu aradan qaldıran bitkilər

Bahar yorğunluğunu aradan qaldıran bitkilər

Baharda insan bədənindəki xəstəliklər üzə çıxır, yorğunluq və halsızlıq insanı əldən salır. Bəs bahar aylarında yaranan yorğunluqdan necə xilas olmalı?

Mütəxəssislər yaşıl çay, ihlamur, çobanyastığı, razyana və melisa otunun yorğunluğu aradan qaldırdığını bildirirlər. Bəzi bitkilər  həzm sistemi, halsızlıq, yuxusuzluq, başağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yaz aylarında qara çay yerinə, yaşıl çay daha faydalıdır.

Melisa bitkisi antiseptik xüsusiyyətə malik olduğundan yuxu pozğunluğunu aradan qaldırır, həmçinin həzmi yaxşılaşdırır.

İhlamur isə baş ağrılarına qarşı çox yaxşı təsir edir. Həzmi yaxşılaşdırır, bir sözlə, bahar yorğunluğuna qarşı son dərəcə müsbət təsir edir. Onların çiçək və yarpaqları qurudulur, dəmlənilib içilir.

Çobanyastığı isə qazı aparır. Bağırsaq və mədə üçün çox əhəmiyyətlidir. Həzmi yaxşılaşdırır. Razyananı qurudulmuş formada mağazalardan da almaq olar. Razyana sakitləşdirici xüsusiyyətə malikdir. Bahar aylarında gərgin iş rejimində yorğunluğu aradan qaldırmaq üçün əla vasitədir. Bu bitkilərin üzərinə isti su əlavə edib dəmləməsini gözləyin. Qaynatmaq olmaz, əks halda təsirini itirir.
Top