Qocalmanın qarşısını alan 7 içki

Qocalmanın qarşısını alan 7 içki

Əsrlər boyu insanlar cavan qalmağın sirrini axtarır. Alimlər də bu sirri açmaq üçün əllərindən gələni edirlər. Bu yaxınlarda onlar insanı cavan saxlayan içkilərdən ibarət siyahı hazırlayıblar. Bu siyahıda qocalığın qarşısını alan 7 növ içki yer alıb.

1. Yaşıl çay
Çində milli içki sayılan çay qədim zamanlardan bəri xalq təbabətində geniş istifadə olunub. Həkimlər bu içkinin uzunömürlülüyə birbaşa təsirini qeyd edir. Bu çayın tərkibindəki fermentlər, hətta, xərçəng hücəyrələrini məhv edir. Xüsusən, çay agciyər, süd vəzi və dəri xərcəngi ilə mübarizədə effektivdir. Bundan əlavə, çay beynin fəaliyyətinidə gücləndirir. Elmi eksperiment nəticəsində məlum olub ki, gündə iki fincandan artıq yaşıl çay içən insanlarda yaddaşsızlığa iki dəfə az rast gelinir.


2. Məkkə çayı
Ərəb ölkələrində istifadə olunan bu içkiyə “bütün dərdlərin dərmanı” deyilir. Bu çayın tərkibindəki qırmızı fermentlər orqanizmdəkı iltihab proseslərinin qarşısını alır və bununla da qocalığı ləngidir. Həmçinin, bu içki sidikqovucu effekt verir.Amma mədə pozğunluğundan əziyyət çəkənlərə məkkə çayı ilə ehtiyyatlı olmaq məsləhət görülür. Bələ ki,o mədə turşuluğunu artırır.

3. Kofe
Çoxları üçün enerji mənbəyi sayılan bu içki, sən dəmə, qocalmanın da qarşısını alır. Elmi araşdırmalar nəticəsində bəlli olub ki, kofein vasitəsi ilə hücəyrələrdə başlayan qocalıq prosesini ləngitmək olar. Həmçinin, kofeinyaşla əmələ gələn sinir sisteminin xəstəlikləri ilə də mübarizə aparır. Çoxlarının sevdiyi bu ətirli içki mədəaltı vəzin qlükozaya hissiyatını artırır. Buda gələcəkdə diabet xəstəliyinin yaranma riskini azaldır.

4. Kakao
Xüsüsən,uşaqlar tərəfindən sevilən içkidə bu siyahıda yer alıb. Harvard universitətinin alimi Norman Gollenberq bu sahədə bir sıra araşdırmalar aparıb. O bələ nəticəyə gəlib ki, kakao ürək-damar xəstəliklərinin qarşısını alır. Yaşlı insanların da ən çox əziyyət çəkdiyi elə insult və infarktdır. Həmçinin, kakao beynin fəaliyyətinidə artırır. Bələliklə, biz kakaodan zövq almaqla yanaşı, yaddaşımızı da gücləndiririk.



5. Tomat şirəsi
Tomat şirəsinin əsas üstünlüyü onun tərkibindəki likopindir. Xüsüsiyətlərinə görə vitamin A-ya yaxın olan bu ferment xərçənglə mübarizə aparır. Likopin qəbul edən kişilərdə prostat vəzinin xərcəngi daha az rast gəlinir. Likopinin dəriyə də təsiri əvəzolunmazdır. Bu ferment kollagenin yaranmasına səbəb olur. Kollagen isə öz növbəsində qırışları aradan qaldırır. Bundan sonra xanımlar kollageneffektli kremləri tomat şirəsi ilə əvəz edə bilər.

6. İtburnu dəmləməsi
Tarixi əlyazmalardan məlumdur ki, qədim zamanlarda itburnu meyvəsini xəzə, atlasa, məxmərə dəyişiblər. XVII əsrdə ruslar müharibədə yaralanan əskərləri itburnu vasitəsi ilə sağaldıblar. Həkimlər itburnu dəmləməsində sarğını isladıb yaralara basıblar. Bu da yaranın daha tez sagalmasına kömək edib. C vitamini ilə bol olan itburnu immuniteti də bərkidir və organizmin xəstəliklərə davamiyyətini artır.


7. Qırmızı şərab
Şərabı “cavanlıq eleksirinə” çəvirən onun tərkibindəki resveratrol fermentidir. Bunun nəticəsində şərab insan ömrünü qısaldan xəstəliklərin qarşısını alır. Amma şərabla da ehtiyyatlı olmaq lazımdır. Alkoqollu içkinin qəbulu xoş olmayan nəticə verə bilər. Həkimlər kişilərə həftədə iki dəfə, xanımlara isə bir bokaldan artıq şərab içmək məsləhət gormürlər.
Top