Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Dadlı və ətirli alma şirəsi həmçinin çox faydalı, müalicəvi məhsuldur. Alma şirəsinin faydalı xüsusiyyətləri arasında: 

— orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir 
— orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir
— qanda «pis» xolesterinin səviyyəsini aşağı salır 
— damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir 
— ürəyi möhkəmləndirir 
— həzm prosesləri yaxşılaşdırır və sürətləndirir 
— arıqlamağa kömək edir 
— bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir 
— qanazlığı zamanı faydalıdır 
— sidik və ödqovucu təsirə malikdir 
— sinir sisteminə müsbət təsir edir, stressi azaldır
— soyuqdəymənin profilaktik vasitəsidir. 
Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır. Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.
saglamolun.az