Qızartmaq, duru yeməklər və. s hər biri üçün fərqli yağlardan istifadə edilir. Günəbaxan yağı da duru yağlar arasında ən çox üstünlük verilənlərdəndir. Əslində bu yağın orqanizmə bir çox faydaları vardır.
— Tərkibi Omega 6, Omega 9 yağ turşuları, A, D, E və K vitamini ilə zəngindir.
— Hüceyrələrə zərər verən molekulları təsirsiz hala gətirir.
— İmmunitet sistemini gücləndirir.
— Bədənimizdəki toxuma hüceyrələrinin qorunmasını təşkil edir.
— Təzyiq, qan dövranı və xolesterolu nizamlayır.
— Diabetli xəstələrin insulin ehtiyacını azaldar.
— Ürək çatışmazlığı və damar tıxanmalarına qarşı, eyni zamanda qaraciyərə xeyirlidir.
— Beynin inkişafı və uşaqların sağlam böyüməsi üçün lazımlıdır.
— Alzheimerə qarşı olduqca faydalıdır.
— Artrit, görmə qabiliyyətini qoruyur, katarakta riskini azaldır.
— Dərini nəmləndirərək daha gənc görünməsini təmin edər.
— Çibanların yaxşılaşmasında, xolesterolun düşməsində istifadə edilir.
Günəbaxan kökləri, qan şəkərini artırmadığından şəkər xəstələri üçün təbii dadlandırıcı kimi faydalıdır. Tərkibindəki fosfor, sink sümük və dişlərin formalaşması, ürək əzələsinə və böyrək funksiyalarına yaxşı təsir göstərir.
Sink sayəsində yaralara və sızanaqlara, immunitet sisteminə, yoluxucu infeksiyalara, spermaların güclənməsinə faydalıdır. Günəbaxan yağında olan E vitamini ürək, damar, beyin, sinir funksiyalarını nizamlayır. Prostat xərçəngi riskini azaldır və dəri gözəlliyinə köməkçi olur.