Küncüt südü

Küncüt südü

Yağ nisbəti və enerji dəyəri çox yüksək bir qida olan küncüt, zülal, kalsium, maqnezium, kalium, minerallar və B vitaminləri baxımından çox zəngin bir bitkidir. Olduqca faydalı olan küncüt bədənə enerji verir. Eyni zamanda xərçəngə qarşı qoruyucudur və yaşlanmağa qarşı antioksidan təsiri vardır.

Tənəffüs yolu xəstəliklərini yaxşılaşdırdığı məlum olan küncüt, sinəni yumşaldaraq nəfəs darlığı və bronxitə yaxşı təsir göstərir. Qısacası çiy küncüt zəngin bir vitamin və mineral qaynağı olaraq insan bədəninə saysız faydaları vardır.

Çiy küncüt südü isə eynilə çiy badam südü kimi inək südü əvəzinə istifadə edilə bilən son dərəcə sağlam bir alternativdir.

Gündə bir böyük stəkan küncüt südü, gündəlik bütün kalsium ehtiyacımızı qarşılayır. Küncütün çiy, yəni qovrulmamış olması çox əhəmiyyətlidir. Çünki, yüksək istilik nəticəsində qovrulmuş küncütün tərkibindəki zülal yüzdə 50 nisbətində, vitaminlər yüzdə 85 nisbətində və bütün faydalı vitaminlər isə demək olar ki, tamamilə itər. Yəni, qovrulmuş küncüt qida dəyərini əhəmiyyətli ölçüdə itirər.

Təxminən 400 ml küncüt südü üçün

Tərkibi:
4 x/qaşığı çiy küncüt (təxminən 36 qr),
1 böyük stəkan su (təxminən 400 ml).
İstəyə görə mövsüm meyvələri

Hazırlanması:
Çiy küncütü içməli su ilə yuyulduqdan sonra, bol suda təxminən 8 saat gözlədilir. Küncüt səkkiz saatdan sonra süzülərək blenderə tökülür. Zövqə görə mövsüm meyvələrindən 2-3 çiyələk və ya 1/2 banan əlavə olunur. Bir böyük stəkan (400 ml) su əlavə olunaraq, təxminən 3 dəqiqə ərzində yaxşıca qarışdırılır. 5. Artıq küncüt sütü hazırdır. İstər olduğu kimi, istərsənizdə, süzgəc və ya tənzifdən süzərək içə bilərsiniz.

Küncüt suyunu hər gün yenisini hazırlamaq daha yaxşıdır.Əgər bir dəfəyə hazırlamaq istəyirsinizsə, nəzərinizə çatdıraq ki, bu südü ağzı bağlı şüşə qabda sadəcə iki gün müddətinə soyuducuda saxlaya bilərsiniz. Eyni zamanda içməmişdən əvvəl şüşəni çalxalamağı unutmayın.
Top