Stress hormonu adrenalinin orqanizmə təsiri

Stress hormonu adrenalinin orqanizmə təsiri

İndiki dövrdə streslə tanış olmayan bir insan tapmaq mümkün deyil. Həyatın müasir ritmində, hər birimiz bir çox emosional sarsılmalara məruz qalırıq ki, onlar da sağlamlığın uzunmüddətli pozulmalarına səbəb olur.

Adrenalin — stress mexaniminə cavabdeh olan əsas hormondur. Orqanizmdə bu hormon daimi olaraq müəyyən miqdarda var, lakin, stress vəziyyətində beyin böyrəküstü vəzə siqnal göndərir və o, dərhal adrenalinin istehsalına başlayır. Bu hormon, yaranmış vəziyyətə dayanmaq üçün orqanizmi hazırlayır və güclə təmin edir.

Adrenalinin insanın əhvalına təsiri
Adrenalin qana düşdükdə, ürəyin tez döyünməsi, gözlərin genişlənməsi, enerji axını və bütün hissiyat orqanlarının gərginliyi kimi hallar müşahidə olunur. Bundan əlavə, bağırsaq və bronxların hamar əzələlərinin zəifləməsi, skelet əzələsinin, selikli qişa və dərinin damarlarının daralması, toxuma mübadiləsi və yağ parçanlanması çoxalır.

Məhz yağ toxumasının parçalanması, bir çox emosional insanların arıq olmasına səbəbdir.
Həmçinin qanın tərkibində dəyişikliklər baş verir. Leykositlərin miqdarı artır, trombositlərin aktivliyi çoxalır. Ağrı hissiyatı azalır. Arterial təzyiqin səviyyəsi kəskin artır, ürəyin işinə mənfi təsir göstərir və bir çox hallarda aritmiyaya səbəb olur.

Adrenalin hormonunun insan sağlamlığına təsiri
Qeyd etmək lazımdır ki, adrenalinin orqanizmə uzunmüddətli atılmasından böyrəküstü vəzin beyin maddələrinin tükənməsi baş verə bilər, bu isə ürəyin gözlənilmədən dayanmasına səbəb ola bilər. Bir çox qərb ölkələrində hər il stress səbəbində ürək damar sistemində pozğunluqların yaranmaına görə milyondan artıq insan ölür.

Bundan əlavə, adrenalinin çoxluğu qanın tərkibində şəkərin miqdarının artmasına səbəb olur. Vaxt keçdikcə qanda laxtalanma çoxalır, bu isə tromb yaranmasına səbəb olur. Qalxanvari vəz yüklənir və orqanizm daha çox xolesterin istehsal edir.

Məhz bu səbəbdən uzunmüddətli və güclü stresslərdən özünüzü qorumanız məsləhət görülür.
Lakin, qeyd etmək lazımdır ki, adrenalinin istehsal olunmadığı bir cür və darıxdırıcı həyat tərzində,depressiya kimi xəstəliyin yaranma təhlükəsi vardır.

Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, ümumilikdə həyatda yaranan bir çox stressli vəziyyətlərdə emosional gərginliyi stabil saxlayaraq, sağlamlığınızın qeydinə qalmaq məsləhətdir. Darıxdırıcı və bir cür həyat tərzinə biraz rəng qataraq xoş və müsbət təsir bağışlayan vəziyyətlərdən də yetərincə həzz almaq mütləq sayılır.
Top