Səhər yeməyinin faydasına dair mütəxəssislərdən, ailəmiz və çevrəmizdəki hər kəsdən çox şey eşidirik, lakin yenə də qulaq ardına vururuq. Səhər yeməyi sadəcə fizioloji deyil, psixoloji sağlamlığımızı da qoruyur, zehnimiz və yaddaşımızı inkişaf etdirir. Səhər yeməyinin həyatımızdakı mühüm rolunu əks etdirən 7 elmi faktı aşağıdakılardır: Səhər yeməyinin önəmli olduğunu tez-tez eşidirik. Analarımız, çevrəmizdəki hər kəs bunu israrla xatırladır. Lakin yenə də bir çoxumuz yuxudan oyanan zaman məktəbə, işə gecikməmək üçün səhər yeməyinin üzərindən keçirik. Hansı ki, pomidor, pendir kimi qidalarla mütəmadi olaraq edilən səhər yeməyi fizioloji, psixoloji və zehni olaraq bizi daha sağlam qalmağımıza kömək edir.
Səhər yeməyi piylənmə və şəkər xəstəliyinə tutulma riskini azaldır. 45-82 yaş arasında olan 27 minə yaxın insan arasında 16 il aparılan təcrübə nəticəsində məlum olub ki, səhər yeməyini mütəmadi yeyən insanlarda piylənmə nisbəti digərlərindən aşağıdır. Səhər yeməyi yeni əldə etdiyiniz biliklərin yaddaşınızda daha yaxşı və uzunmüddətli qalmasını təmin edir. 13-20 yaş arası 319 şagird və tələbə arasında aparılar təcrübə göstərib ki, nizamlı və düzgün səhər yeməyi yeyənlərin yaddaşları inkişaf edir və səhər yeməyi yeməyənlərdən daha qüvvətli olur. Səhər yeməyi gün boyu enerjinizin qorunmasına kömək edir. Səhər yeməyini yeyənlər gün boyu özlərini daha az yorğun hiss edirlər. Ruh halınızı inkişaf etdirərək xoşbəxt olmağınızı təmin edər.
Səhər yeməyi insanın stersli anlarının öhdəsindən asanlıqla gələ bilməsinə kömək olur. Səhər yeməyi bədəninizin ehtiyacı olan qidaları depolaya bilir. Araşdırmalar sübut edib ki, hər gün səhər yeməyi yeyən insanların bədəni, sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun zaman tox tutan lif kimi elementləri daha çox depolaya bilir. Səhər yeməyi arıqlamağınıza da kömək edər. 17 min insan üzərində aparılan təcrübə göstərib ki, səhər yeməyindən imtina etməyənlər daha tez arıqlayırlar. “Az, amma tez-tez” qaydasına əsasən yeyilən yeməklər də əldə edilən nəticəyə təsir edir. Səhər yeməyi konsentrasiyanızı inkişaf etdirir. Səhər yeməyinin enerji verməsi və yaddaşı gücləndirdiyi bəllidir. Yatan zaman beyinin xərclədiyi və ehtiyac duyduğu enerji və qlükoza kimi təməl qaynaqlar səhər yeməyindən alınır. Mənbə:lent.az/Ümidə QƏHRƏMAN