İmza

İmza

Barbara Smitin supermarket işçiləri ilə söhbətindən təqribən üç ay sonra telefonu zəng çaldı. Zəng edən adamın adı Coni idi və onun söhbətə getdiyi supermarketdə kassada müştərilərə torbalarını doldurmaqda kömək edirdi. Daun sindromu da olduğunu əlavə etdikdən sonra isə o:
- Barbara xanım, söhbətiniz çox xoşuma gəldi, - dedi.

Çünki Coni bu söhbətdən sonra evə getmiş və atasından ona kompyuteri öyrətməyi xahiş etmişdi. İlk işi isə atası ilə birlikdə kompyuterdə üçsütunlu bir cədvəl düzəltmək olmuşdu...

İndi Coni evə gedəndə bir "hikmətli söz" tapır, sonra bu "hikmətli söz"ü kompyuterdə yazır, sonra bu "hikmətli söz"dən bir neçə nüsxə çıxarır, sonra hər "hikmətli söz"ün arxasına öz adını yazır və ertəsi gün müştərilərin torbalarını dolduranda hər torbaya bir "hikmətli söz" qoyur. Və beləcə gördüyü işə öz "imzasını" atır...

Bu söhbətdən bir neçə ay sonra marketin müdiri mənə zəng vurdu. Elə ilk sözündən:
- Barbara xanım, bu gün marketdə baş verənləri danışsam, inanmayacaqsınız, - dedi və sonra da əlavə etdi:
- Səhər marketə gedəndə Coninin kassasının qarşısındakı növbə o birilərindən ən azı üç dəfə çox idi. İstər - istəməz vəziyyətə müdaxilə etməyi qərara aldım və az qala qışqıra - qışqıra: "Daha çox kassa açın. Daha çox müştəri yola salın!" - dedim. Ancaq müştərilər: "Yox! Biz Coninin kassasında gözləmək istəyirik. Çünki onun "hikmətli sözlər"indən almaq istəyirik!" - dedilər.

Müdirin dediyinə görə, hətta bir dəfə bir qadın onun yanına gəlmiş və: "Əvvəllər marketə həftədə bir dəfə gəlirdim. Ancaq indi hər gün gəlirəm. Çünki Coninin "hikmətli sözlər"indən almaq istəyirəm". - demişdi. Sözünün sonunda isə müdir məndən:
- İndi marketdəki ən məhşur adam kimdir, bilirsinizmi? - deyə soruşdu. Əlbəttə ki, bu, Coni idi...

Aradan üç ay keçdi və marketin müdiri mənə yenə zəng vurdu:
- Siz və Coni marketimizdə böyük bir inqilab etdiniz. İndi çiçək şöbəsindəki sapı qırılmış çiçəklərdən kiçik buket düzəldir və yaşlı qadınların, ya da kiçik qızların yaxalarına taxırlar. Ət şöbəsindəki bir işçimiz isə "Snupi" (cizgi filmi qəhrəmanıdır) həvəskarı imiş. Hər gün özü ilə evindən bir dəstə "Snupi" şəkil gətirir və hər ət paketinin üzərinə bir "Snupi" şəkli yapışdırır.Həm biz, həm də müştərilərimiz əylənirik...

P.S. "Əgər sizdən küçələri süpürməyi tələb etsələr, Mikelancelonun şəkil çəkdiyi, Bethovenin musiqi bəstələdiyi, ya da Şekspirin şeir yazdığı kimi süpürün. O qədər gözəl süpürün ki, göydəkilər də, yerdəkilər də, hamı: "Burda işini çox gözəl görən böyük bir süpürgəçi yaşayırdı", - desinlər...

nə edirsinizsə edin,həvəslə edin. Sevinc bəxş etməyə öyrəşin



Müəllif: Martin Lüter Kinq

Mənbə: Ailəm jurnalı

Həmçinin bax: Uğur əldə et!
Top