Beyini qocaldan amillərə qarşı mübarizə

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.

Nitq, məntiq və yaddaş kimi əhmiyyətli əqli göstəricilərin zamanla itməsi hallarını xüsusi dərmanlarla ləngitmək və ya müalicə etmək olur.
Beyindəki sinir hüceyrələrinin pozulmaması üçün sinirlərin degenerasiyasına səbəb olan faktorları (spirt və s.) dayandırmaq lazımdır.
Levodopa dərmanından istifadə isə parkinson xəstəliyinin qarşısını almaqda təsirlidir. Bu dərman beyindəki dopamin səviyyəsini artırır, parkinson xəstəliyinin əlamətlərini nəzarət altına alır.
Beyin damarlarının sərtləşməsi və zehni gücün azalması isə həddindən artıq isti mühitlərdə olmaqdan yaranır. Beyin hüceyrələrinin ölməməsi və istirahəti üçün normal yatmaq və düzgün həyat tərzinə yiyələnmək vacibdir.
Top