Düzgün yuxu rejimi nece olmalıdır?

Düzgün yuxu rejimi nece olmalıdır?

Rejimin olmaması, alkoqollu içkilərin və stimulyantların qəbulu, üstəlik zəngli saatlar və gün işığı – bütün bunların hamısı sizin daha çox «bioloji saat» kimi tanınan bioloji ritminizə müdaxilə edə bilər.

Virciniya ştatının Arlinqton şəhərində mənzillənmiş xeyriyyə təşkilatı — ABŞ Milli Yuxu Fondu bildirir ki, fərdi həyat tərzləri yuxu ehtiyaclarının öyrənilməsi üçün əsas faktordur, lakin yaşınıza uyğun olaraq burada ümumi tövsiyələr də var.

Yeni doğulanlar (0-3 aylıq): İdeal halda yenicə doğulanlar hər gün 14 saatdan 17 saatadək yatmalıdırlar, hərçənd 11-13 saat da kafidir. Onların 19 saatdan artıq yatmalarına yol vermək olmaz.

Çağalar (4-11 aylıq): tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır. Azı 10 saat da kifayət edər. Onlar 18 saatdan artıq yatmamalıdırlar.

Körpələr (1-2 yaş): Körpələrin 11 və 14 saat arası yatmaları tövsiyə edilir, lakin məqbul müddət 9 saatdan 16 saatadəkdir.

Məktəbəqədər uşaqlar (3-5 yaş): Ekspertlər onlar üçün 10-13 saat yuxu vaxtını tövsiyə edirlər. 8 saatdan az, 14 saatdan çox məqsədəuyğun sayılmır.

Məktəb yaşlılar (6-13 yaş): NSF onlara 9-11 saat arası yatmağı məsləhət görür. 7 saatdan az, 12 saatdan çox yatmaq artıq sağlam vərdiş sayılmır.

Yeniyetmələr (14-17 yaş): Bu qrup üçün tövsiyə olunan yuxu vaxtı 8-10 saatdır. NSF bu qrupa 11 saatdan çox, 7 saatdan az yatmağı məsləhət görmür.

Gənclər (18-25 yaş): Onlara 7-9 saat yatmaq məsləhət görülür. Lakin 6 saatdan az, 11 saatdan çox yatmaq yaxşı deyil.

Böyüklər (26-64 yaş): Bu qrup üçün gənclərə tövsiyə olunan yuxu müddəti məsləhət görülür.

Yaşlılar (65 yaşdan yuxarı): Sağlam müddət gündə 7-8 saatdır, lakin 5 saatdan az, 9 saatdan çox yatmaq məsləhət görülmür.

Bəs daha yaxşı yatmaq üçün nə etməli?


Yuxu ekspertləri həm də yuxu keyfiyyətini yaxşılaşdıran tövsiyələrin siyahısını dərc ediblər.
Birinci və ən mühümü budur ki, yuxu əsas ehtiyaclardan sayılmalıdır, lakin ekspertlərin fikrincə, bu məsləhətlər də mühümdür:

  1. Hətta həftəsonları da yuxu rejiminizi pozmayın
  2. Özünüz üçün rahat yataq mühiti düzəldin
  3. Hər gün idman edin..Yataq otağınızda ideal temperaturun, səssizliyin və işığın dərəcəsini müəyyən edin
  4. Rahat döşəkdə yatın, başınızı rahat balışa qoyun.
  5. Gizli yuxuqaçıranlardan – alkoqol və kafeinli içkilərdən imtina edin
  6. Yatağa uzanmazdan əvvəl elektrik cihazlarını söndürün.
Top