Siqaret istifadəçilərinə qapalı yerlərdə sərbəstlik verən Yapon həlli

Siqaret istifadəçilərinə qapalı yerlərdə sərbəstlik verən Yapon həlli

Müasir dövrdə qapalı yerlərdə siqaret çəkmə qadağası siqaret bağımlılarının başlıca problemlərindən biridir. Yeməkdən və ya da çay, qəhvə istehlak etdikdən sonra bağlı sahədə siqaret istifadəçilərinin necə gərginliyə girdikləri gözlərdən qaçmamaqdadır. Bu məhdudiyyətlər, xüsusilə bəzi şəhərlərinin prospekt və küçələrində belə siqaret çəkilməsi qadağan olan Yaponiyada siqaret çəkən vətəndaşlar üçün böyük çətinlik yaradır.

Yaponiyada paytaxt Tokiyoya bağlı Setagaya bölgəsində şirin bir restoran bu problemi administratoru Asuka Yamashita sayəsində sadə bir üsulla həll etib. Setagaya bölgəsindəki Niouseva adlı restoranda müştərilər siqaret çəkmək istədiyində «vase of smoking» adını verdikləri xidmət dövrəyə girir. Bu sistem ventilyasiya borusu vasitəsilə tüstünün çıxışını təmin edən geniş ağızlı bir fanustan ibarətdir, lakin siqaret alüdəçiləri tərəfindən çox rəğbət görür. Belə ki, havalandırma çıxışında işləyən əmici gücü yüksək havalandırma mühərrikləri sayəsində istifaçilər ətraf mühitə duman, yada qoxu yaymadan rahat bir şəkildə siqaretlərini çəkə bilirlər.

Asuka Yamashita siqaretin insan sağlamlığına zərərli olduğunu vurğulamaqla yanaşı, bu sistem sayəsində heç bir müştərinin azadlığını məhdudlaşdırmaq istəmədiklərini qeyd edir.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

Top