Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:
- Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.
Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:
-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?
Birinci şagird cavab verdi:
- Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.
-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən, sənin məqsədin məhz o istiqamətdədirmi?
İkinci şagird dedi:
-Mən isə bax o yarpaq kimi axın istiqamətində küləklərlə birgə üzərdim və bu yolda təcrübələr qazanardım.
- Bu yalnız axının səni məqsədinə doğru apardığı zaman yaxşı ola bilər. Əks halda hara üzməsinin bir o qədər də əhəmiyyəti olmayan məhz o yarpaq kimi olarsan - deyə Xinq Şi qeyd etdi.
Üçüncü şagird:
- Mən isə daim taktikamı dəyişməklə məqsədimə doğru üzərdim. Gah axına qarşı üzərdim, gah axın istiqamətində... Ən təhlükəli əraziləri keçərdim, bəzən istirahətə dayanardım, sonra yoluma davam edərdim.
- Sənin də cavabın yaxşıdır, lakin kifayət qədər müdrik deyil-deyə müəllim qeyd etdi və evə doğru addımladı. Şagirdlər isə uzun müddət çaya baxdıqdan sonra müəllimin yanına getdilər:
- Müəllim, bəs sizin həyat çayında yolunuz necədir?
Xinq Şi ayaq saxladı, şagirdlərinə baxıb gülümsündü:
- Mən üzməzdim...
- Deməli siz artıq məqsədinizə çatmısınız?-deyə şagirdlər təəccüblə soruşdular
- Xeyr- deyə Xinq Şi cavab verdi - axı bütün məqsədlərə yalnız üzərək çatmaq olmaz...
Tərcümə: Rzayeva Nailə
Həmçinin bax:
Məqsədsiz olmayin!