Aeroterapiya təmiz havanın insan orqanizminə dozalanmış təsiri deməkdir.
Bu tip müalicə növü heç kim üçün əks göstərişli sayılmır. Ağ ciyər, ürək, qan, hüceyrələr və ümumiyyətlə bütün orqanların ehtiyac duyduğu oksigeni, insan yalnız havadan alır. Xüsusən dəniz havası çox xeyirli sayılır, onun həm yüksək ionlaşdırılmış, həmçinin duz və ozonla zəngin olmasıdır.
Mənfi emosiya yaratmayan bu sadə prosedur insan orqanizminin möhkəmlənməsini təmin edir. Bu prosedur xüsusən çox xəstələnməyə meyilli olan insanlar üçün xeyirli sayılır.
Hava vannaları — insan bədənin tam və ya müəyyən hissəsinə təsir edən dozalanmış havadır. Bu kimi vannaların sistematik və düzgün qəbulu, sinir sisteminin tonusunu qaldırır, insanın xəstəliyə qarşı mübarizəsini artırır. Bu müalicəvi praktika xüsusən uşaqlar üçün olan kurortlarda geniş istifadə olunur.
Hava vannaları — orqanizmdə maddələr mübadiləsini, qan dövranı və böyrəyin funksiyasını yaxşılaşdırır, həzm orqanlarına və həmçinin sinir sisteminə çox yaxşı təsir edir. Yuxu, iştah, əhval ruhiyyə yaxşılaşır, insan özünü gümrah hiss edir, baş ağrıları və gərginlik azalır. Vannalar, tentlər altında, bir başa günəş şüalarından qorunan povilyonlarda(eyvanlarda) və ağac kölgələrində keçirilir.
Hava vannasını qəbul edən zaman, orqanizmə seyrək ultraviolet şüaların təsiri baş verir. Məhz bu səbəbdən, bu vannaları, duz, qum və dəniz vannalarından öncə hazırlıq olaraq təyin edirlər.
Hava vannalarını qəbul edənlərin nəzərinə:
— hava vannaları gündə 1 dəfə, yalnız həkim təyinatı ilə keçirilir.
— vanna qəbulunun müddəti ciddi olaraq həkim təyini ilə keçirilir.
— vanna yüngü səhər yeməyində sonra və ya nahardan 1-2 saat sonra qəbul olunur.
— bədəni n çox soyumasına imkan verməyin.
— vanna qəbulu zamanı çox tərləmə olduqda( bu əsasən yüksək temperaturdan olur) proseduru dayandırmaq lazımdır.
— həkimin icazəsi ilə, vannaların qəbulunu gəzmək, qaçış, gimnastik hərəkətlər və idman oyunları ilə birləşdirmək olar.
saglamolun.az