Yaddaşı gücləndirən qidalar

Yaddaşı gücləndirən qidalar

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur.
Gün ərzində bir ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.

Diqqət problemi olanlar isə istəyə uyğu qoz, fındıq və digər çərəzlərdən faydalana bilər.

Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.

Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.
Mənbə: www.az.med.az
Top