Qışda baca tüstüləri, ağırlaşan hava, yağış, qar və soyuq havalar sağlamlıqla bərabər saçlara təsirsiz ötüşmür.
Soyuq və quru havanın artıq olması daha çox saç kökünün qurumasına, zəifləməsinə və köhnəlməsinə təsir göstərir. Bu baxımdan qış mövsümündə saçlarımızın diqqətə və gözəl düzülüşə ehtiyacı var. Həmçinin külək və havada olan nəm nəzərə alınmaqla saç dərinliyi və saçlarınızın quruması probleminə diqqət yetirmək məsləhətdir. Saç quruluğu elektriklənmədən və ya pis görünüşlü saç saxlamaqdan ola bilər.
Onuda xüsusi ilə vurğulamaq lazımdır ki, havalar saç kökündəki nəmə də təsir edir. Buna görə bu aylarda saç baxımı üçün təbii və nəmləndirici effektə malik məhsullardan istifadə edə bilərsiniz. Daha çox baş nahiyəsini isti saxlamaq lazımdır. Tekstil məhsullarından istifadə edənlər isə bu məhsulların çox möhkəm və bağlı olmamasına, saçların nəfəs almasına və qan dövranının sağlam olmasına fikir verməlidir.
Bu sadə prosedurlar saçların yaxşı formada qalmasına kömək edir.
Onuda qeyd etmək lazımdır ki, saçları külək və soyuq havadan qoruyarkən oksigensiz tutduqda tökülmə, zəifləmə kimi əlamətlər ola bilər.
Buda yaza sağlam və gözəl görünən saçlarla girməyə təsir göstərir.
Ona görə xüsusi ilə qış fəslində saç baxımını imkan daxilində ləngitməmək və onlara yaxşı baxmaq lazımdır.
Mənbə: www.az.med.az