Duz terapiyası

Duz terapiyası

Duz, suyun sıxlığını və qravitasiyanı artırdığı üçün, duzlu suyun içində insan bədənini də yüngül hiss edir. Vannaya əlavə olunmuş duz dərini təmizləyir, bədəni rahatladır, ətir isə stresi aradan qaldırır. Vanna duzlarını həm hazır şəkildə almaq, həm də ev şəraitində hazırlamaq da olar.

İngilis duzu (magnezium duzu) — bu magneziumun hidratli sulfatlarıdır. Mineral su mədənlərindən toplanan bu mineral bir sıra faydalı xüsusiyyətləri ilə fərqlənir. Əgər siz öz sağlamlığınızın və gözəlliyinizin qeydinə qalırsınızsa, bədəninizin gündəlik qayğısına qalan zaman təbii vasitələrdən istfadə edin. Bu mineral haqqında da bilmək faydalı gələ bilər. İngilis duzu hələ çox qədim zamanlarda təbiblər tərəfindən sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub.

Saçlarınız zəif və cansızdırsa ingilis duzunu saç kondesionerinə əlavə etsəniz,saçlarınız havalı və yumuşaq olacaq. Əgər saçlarınız yağlıdırsa kondisioneri saç köklərinə vurmayın. Qarışığı 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxalayın.

İngilis duzu öz tərkibi sayəsində dərinizi uzun müddət yumşaq saxlayacaq. Onu skrab kimi həm tək, həm də duş gelinizə əlavə edib istifdə edə bilərsiniz. Bu daha təhlükəsizdir və dərinizin zədələnmə şansı olmayacaq.

Bərpaedici xüsusiyyətlinə görə ondan üz üçün də istifadə etmək olar. Onu başqa inqrediyentlərlə qarışdırb üz üçün maska hazırlamaq olar.
Normal və yağlı üz dərisi üçün maska
1/2 ç.q duz
1 x.q konyak
1/4 st yağsız süd
1 yumurta
yarım limon suyu
Ərzaqları qarışdırıb, maskanı təmiz üzə çəkib 15-20 dəqiqə saxlayıb iliq su ilə yuyun. Bu maska üzünüzü sağlamlaşdıracaq.
Yağlı saç problemi çoxlarını təngə gətirib. Əgər bu sizdə də belədirsə, o zaman ingilis duzundan istifadə edin. 1/2 şampunla 9 x.q duzu qarışdırıb istifadə edin.
Əgər sizin gününüz çox gərgin keçibsə ingilis duzu elavə olunmuş vanna bütün bədənin yorğunluğunu çıxaracaq. Doldurulmuş ilıq vannanın içinə 1,5 — 2 stəkan ingilis duzu əlavə edin. Magnezium və sulfat birləşmələri asanlıqla dəriyə hoparaq stressi aradan qaldıracaq. Sulfatlı birləşmələr həmçinin bütün bədəni toksinlərdən təmizləyəcək.

İngilis duzu bədənin qidasıdır. Birinci növbədə magnezium duzları əzələləri rahatlaşdırır, yorğunluğu aradan götürür, qan damarlarınn işini yaxşılaşdıraraq urək-damar xəstəliklərinin yaranma riskini azaldır. İkincisi dəri xəstəlikləri zamanı gözəl təsir göstərir, hərəkət sistemini normallaşdırır, insulin ifrazını stimullaşdırır. Maraqlı burasındadır ki, bu mineral, qida vasitəsilə çox çətinliklə orqanizmə daxil olduğu halda, dəri ilə asanlıqla sovrulur. Bunu nəzərə alaraq xəstəliklərin müalicəsi zamanı ingilis duzu tökülmüş vanna qəbul etmək məsləhət görülür. İngilis duzu ilə yanaşı vannaya efir yağlarından lavanda, rozmarin, nanə və portağal yağı qatmaq olar, bu stresi atmağa və ayaqlardakı ağrı və yorğunluğu götürməyə kömək edəcək, lakin bunlarla eyni vaxta vannaya köpük tökmək məsləhət görülmür.

Orqanizmdə kollogen və keratinin çatışmamazlığı saçların və dırnaqların qırılmasına, dərinin tez qocalmasına, üzdə və bədəndə civzələrin əmələ gəlməsinə səbəb olur. Maqneziumun çatışmaması dərini solğunlaşdırır. İngilis duzu bu kimi deffektlərin aradan qaldırılması üçün ən gözəl vasitədir. O, saç köklərini möhkəmləndirir, kəpəyi yox edir, dırnaqların soyulmasının qarşısını alır. İngils duzu dərini ölü hüceyrələrdən təmizləyir və ona təravət verir.

İngilis duzu ev bitkiləri üçün gübrədir. O, toxumların inkişafını stimullaşdırır, çiçək açmanı təmin edir, zədələnmiş yarpaqların bərpasına kömək edir. Onu tərkibində azot, fosfor və kalium olan kimyəvi gübrələrlə qarışdırıb istifadə etmək olar. Belə ki, yarım litir suya 20 q. duz əlavə etmək lazımdır. Belə qarışığı ayda 1 dəfə istifadə etmək olar.

qadın.net
Top