Ayaqların masajı

Ayaqların masajı

Bu proses insan orqanizminin sağlamlaşdırılmasına kömək edən üsullardan biri sayılır.

Tibbi ədəbiyyatda bu masajın 10 -dan çox növü sadalanır. Onun metodikası ilə tanış olmaq üçün müxtəlif tibbi videolar və ya uyğun tematikalı seminarlara qoşulmaqla tanış olmaq mümkündür. Amma hər birimiz ev şəraitində sadəcə biraz zaman ayırmaqla, bunu, professionalcasına olmasa da, edə bilərik...

Ayaqların alt hissəsi insan bədəninin xarici təsirə çox həssas olan zonalarından sayılır. O zonaya toxunuş çox xoş və bütün bədən üçün xeyirlidir. Masaj edildikdə, bu zonada yerləşən bioloji aktiv nöqtələrə təsir göstərilir, bu isə orqanizmin çox sistemlərini normalaşdırır.

Ayaqları masaj etməyin xeyri:
— orqanizmi rahatlayıb, yuxusuzluqdan xilas edir;

— şişlərin çəkilməsini təmin edir;

— yorğunluğu götürür;

— madələr mübadiləsinin və dərinin nəfəs almasını yaxşılaşdırır;

— qan dövranını normallaşdırır;

— stressdən azad edir ;

— immun sistemi möhkəmləndirir və s.

Masasj etməklə insanı ağrıdan da azad etmək olduğunu da iddia edirlər, belə ki, sağ ayağınızın altını masaj etməklə sağda yerləşən qaraciyər, öd kisəsi kimi daxili orqanlara, sol tərəfi masaj edərək reproduktiv sistemə xoş təsir göstərmiş olursunuz.

Həmçinin daban hissələrinə fikir verin, rahat ayyaqqabılara üstünlük verin. Bir çox xanımlarda dabah hissəsinin dərisi kobud olub, mazolların əmələ gəlməsi də müşahidə olunur. Bu isə öz növbəsində böyrək xəstəliyinin başlanmasından xəbər verir.

Bu üsul maksimal xeyiri gündəlik yatmazdan əvvəl etdikdə daha çox göstərəcək. Yalnız unutmayın xeyirli olduğuna baxmayaraq bəzi hallarda qadağandır. Bu hallara, damarların varikoz genişlənməsi və şəkər xəstələri aid edilir.

Çalışın hər gün yatmazdan əvvəl adi yumuşaldıcı kremdən istifadə edərək 10 dəqiqə ayaqlarınıza vaxt ayırın. Məqalədə bunun çox xeyirli tərəflərini sadaladıq, amma elementar yuxusuzluqdan xilas etdiyinə görə, düşünürük ki, bunu etməyinə dəyər...

Həmçinin oxu: Başın masajı 
Mənbə: saglamolun.az
Top