İtburnu çayının faydaları

İtburnu çayının faydaları

İtburnu meyvəsində olan vitamin və minerallar infeksiyalara qarşı daha yaxşı təsir göstərir. Bu meyvənin bioloji aktivliyi əsasən onun tərkibində olan C vitamini ilə əlaqədardır.

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Xroniki yorğunluğa, soyuqdəyməyə, təzyiq problemlərinə, böyrək problemlərinə faydası olan itburnu həm də qanı təmizləyir.

Qanda olan xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır və qan dövranını sürətləndirir. Müalicə və profilaktika məqsədilə sidik yolları xəstəliklərində, nefritlərdə istifadə olunur. Mübadiləni yaxşılaşdırdığına görə yara və xoraların sağalmasına da təsir göstərir. Bədəni yaşlanma, siqaret və spirtin təsirlərindən qoruyur.
Top