— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Sənin dərdlərini eşitmək belə istəmir. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir? — Pəncərədən bax, sən orada nə görürsən? — Uşaqlı bir qadın yolu keçməyə çalışır, maşınlar imkan vermir.
— Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən? — Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü! — Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.