Gənc adam bir küçə boyunca irəliləyərkən, ruhunu oxşayan bir qoxuyla diksindi. Payız çoxdan bitmiş, fəsil qışa dönmüşdü. Buna görə də ağaclardan bir qoxu yüksələ bilməzdi. Əlbəttə ki, aylar əvvəl ölən çiçəklərdən də...
Adam, yaddaşının ən dərin künclərindən gələn bir siqnalla, özünü bir anda uşaqlıq illərinə çevirən bu əsintini daha yaxşı hiss edə bilmək üçün, dərin bir nəfəs aldı. Eşitdiyi şey, kiçik ikən top oynadıqları çayırın əzildikcə xoş iy verən reyhanlarını, ya da bacısının gəlinliyinə bənzətdiyi albalı çiçəklərinin qoxusunu xatırlatmasına baxmayaraq, onlardan çox gözəl idi.
Gənc adam, özünü bildiyi gündən etibarən bütün mənliyini qucaqlayan, lakin litsey illərində birdən itən o qoxunun nə olduğunu anlamaqda gecikmədi.
Qoxu, səki kənarında yüksələn bir divarın arxasından gəlmişdi. Adam, heç cür bitmək bilməyən o divar boyunca əvvəl addımlarını sıxlaşdırmağa, dərhal sonra da qaçmağa başladı. Və tarixi bir qapı görüb içəri girdi.
Başqa bir aləm idi sanki bura. Hər yeri bir sükunət örtmüşdü. Nə səs-küy vardı, nə də söhbət. Vasvasılıqla hədəfinə yönəldi. Qoxunun gəldiyi yerdə böyük bir sərv vardı. Altında da daşı qırıq bir məzar.
Adam yavaşca çöməlib bir fatihə oxudu. Və o məzarın üstündəki otları oxşayarkən:
- Hər zamanki dalğınlığım çox gümanki!.. - dedi. Doğum günüm olduğunu yeni xatırladım. Amma sənin o qoxunu unutmaram ana...