Gəzinti arıqladır

Gəzinti arıqladır

Ona çox enerji sərf etmədən nəticəsinin hiss etmək mümkündür.

Yeriş orqanizmə müsbət təsir göstərib, əzələ tonusunu qaldırıb, sümük toxumasını gücləndirib, hərəkətin koordinasiyasını inkişf elətdirib, maddələr mübadiləsini stimullaşdırır. İlk növbədə yeriş ürək damarının(miokard) işini stimullaşdırır. Tibbi olaraq sübut edilmişdir ki, insan gün ərzində 1 saat yeridikdə ürək damar sistemi xəstəliklərinə tutulma ehtimalı 78 % aşağı düşür. O, həmçinin öz növbəsində çəkini azaldaraq, sinir sisteminə yaxşı təsir edir.

Yaxşı formada olmaq üçün insan gün ərzində minimal olaraq 3 km gəzməlidir. Bu isə sağlamlığınıza vaxt ayırmaq gərək olduğuna gətirir. Bunu etmək üçün səhər saatlarında 7 -8, axşsam saatlarında isə 16-18 ən yaxşı vaxt sayılır. Məhz bu axşam saatlarında orqanizm yenidən aktiv fazada olaraq, fiziki gücü daha yaxşı qəbul edir. Əgər belə fitnessdən effekt görmək istəyirsinizsə o zaman həftədə 3 gün buna sərf edin. Əgər daha yaxşı nəticə istəyirsinizsə o zaman gündəlik olaraq yerişə vaxt ayırın.

Yerişi 2 növə bölmək olar: tez və sakit yeriş. Sakit yeriş daha çox yaşlı insanlara xas olaraq, orqanizmi sadəcə olaraq yaxşı formada saxlamağa köməkçi olur. Həmçinin bu halda məşqin vaxtını 90 dəqiqəyədək uzatmaq mümkündür. Tez yürüşdə isə əzələlər yüklənərək, sümük toxumasını gücləndirir. Bu iki növü istək və əhvalınızdan asılı olaraq dəyişə bilərsiniz. İstəyiniz olarsa vaxt aşırı qaçışa da keçid edə bilərsiniz.

İlk olaraq nisbət 3:1 olmalıdır, yəni yürüşdən başlayıb sonra qaçışa və yenidə yürüşə keçməklə. Vaxt keçdikcə bu nisbət 1:3 olmalıdır, çünki sonradan artıq orqanizminiz bu yükü müsbət qəbul etməyəcək. Sonra yürüşdən imtina edərək yalnız ehtiyac duyduğunuzda meraciət edərək, artıq tam olaraq qaçışa üstünlük verməniz məsləhət görülür.

Qaçış yerişdən daha effektiv və xeyirli sayılır. Amma unutmayaq ki, yerişin heç bir əks göstərişi olmadığından hipertoniklər bele rahatlıqla müraciət edə bilərlər. Sakit yeriş bir çox xəstəliklərdə, ürək damar sistemi, tənəffüs sistemi, sinir sitemi və reabelitasiya periodlarında məsləhət görülür. Bu o deməkdir ki o, bütün orqanizmə gücləndirici təsir göstərir.
Top