Soyuq içkilərin ziyanı

Soyuq içkilərin ziyanı

İsti yay günlərində insanların əksəriyyəti məhz soyuq içkilərin qəbuluna (su, sərinləşdirici içkilər, limonad və s.) üstünlük verir.
Lakin insanların bir çox hissəsi bilmir ki, soyuq mayenin daim qəbulu onların səhhətinə çox ciddi ziyan vura bilər.

Soyuq su yerli immuniteti zəiflədir (selikli qişaların immuniteti) və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) və s. iltihablar inkişaf edə bilər.

Çox soyuq mayenin qəbulu baş ağrısına səbəb ola bilər. 
Soyuq mayenin qəbulu zəiflik və yuxululuq gətirir.

Soyuq maye dişlərimiz üçün də çox ziyanlıdır. O, diş emalının üzərində çatların əmələ gəlməsinə səbəb ola bilər. Dişlərimiz üçün temperaturların növbələşməsi də çox ziyanlıdır — isti qida və soyuq içki, isti qida və dondurma.

Lakin soyuq mayenin insanın mədə-bağırsaq sisteminə olan mənfi təsiri daha da böyükdür. Məsələ burasındadır ki, soyuq suyun təsiri nəticəsində qida mədəni daha tez, sürətlə tərk edir. Nəticədə normal həzm proseslər kobud şəkildə pozulur. Bu isə disbakterioz, enterit, kolit və s. həzm sistemi xəstəliklərinə səbəb ola bilər.

Bundan əlavə qida mədəni tez tərk etdiyi üçün insan toxluq hiss etmir və lazım olandan artıq qida qəbul edir. Bu isə piylənmə üçün çox əlverişli şərait yaradır. Məhz bu səbəbdən kafe və restoranlar öz klientlərinə əksər hallarda məhz soyuq işkiləri təklif edir. Soyuq içkilər qəbul edən klient daha çox qida qəbul edəcək, kafe və restoran isə daha çox gəlir əldə edəcək.

Bir çox insanların fikirinə əks olaraq, ilıq maye soyuq maye ilə müqayisədə daha yaxşı susuzluğu yatırdır. İlıq su bağırsaqlarımızda daha tez mənimsənilir.

Bildiyimiz kimi, sərinləşdirici işkiləri (cola, fanta və s.) yalnız soyuq halda qəbul etmək tövsiyə olunur. Bu içkilərin istehsalçıları hətta bu haqda butulkaların üzərində xüsusi qeyd edirlər: «Soyuq için». Bunun səbəbi nədir? Bəzi araşdırmalara görə, bu içkilərin tərkibində olan bəzi maddələr içkinin temperaturu artdıqda insan orqanizmi üçün çox ziyanlı birləşmələrə çevrilir. Əslində belə «sərinləşdirici» içkilər susuzluqla mübarizədə heç bir kömək etmir, əksinə daha da susuzlaşdırır. Nəticədə insan sərinləşdirici içkinin növbəti porsiyasını içir, lakin susuzluq keçmir, daha da artır.

Ümumillikdə bu kimi sərinləşdirici içkilərin qəbulu insan orqanizminə heç bir xeyir gətirmir.

Bu səbəbdən isti yay günlərində susuzluğu yatırtmaq üçün təbii təmiz ilıq (otaq temperaturunda) sudan, kompotdan, çaydan (həm qara, həm də yaşıl) istifadə edin. Bu sağlamlığınızın saxlanılması üçün ən yaxşı seçimdir.
Top