Dırnaqlarına bax, səhhətindən xəbərdar ol

Dırnaqlarına bax, səhhətindən xəbərdar ol


İnsanın sağlamlığı ilə bağlı yaranan bir çox problemlər dırnaqlarda da öz əksini tapır. 
Əgər dırnaqlar öz formasını və rəngini dəyişirsə, demək, artıq narahat olmağa əsas var.


Əgər dırnaqlarınızın rəngi həddindən artıq solğunlaşıbsa, bu, ürək çatışmazlığı, qan azlığı və qaraciyərin fəaliyyətindəki problemlərdən xəbər verir.


Dırnaqların ağ rəngdə olması da qaraciyərin nasazlığına, xüsusilə sarılıq və hepatit xəstəliklərinə işarədir.


Sarı rəngdə olan dırnaqlar, əsasən, göbələk xəstəliyinin əlaməti ola bilər. Belə hallarda dırnağın qalınlaşması və formasının dəyişilməsi hallarına da rast gəlmək mümkündür. Saralmış dırnaqlar nadir hallarda ağciyər xəstəlikləri, şəkərli diabet və psoriazdan da xəbər verə bilər.


Əgər dırnaqlar göy rəngə çalırsa, bunun səbəbi orqanizmin kifayət qədər oksigenlə təchiz olunmamasıdır. Bu isə ağciyərlərin müayinəsinə ehtiyac olduğunu göstərir.


Tez-tez qırılan, çatlayan quru və kövrək dırnaqlar qalxanvari vəzdə olan problemlərin nəticəsidir. Əgər bu cür dırnaqlar həm də saralırsa, göbələk xəstəliyinin olma ehtimalı da yaranır.


Dırnaqların altında qara zolaqların peyda olunması daha ciddi xəstəliklərin, melanoma və dəri xərçənginin səbəbi ola bilər.


Dırnaq ətrafındakı dəri qırmızı və şişkin görünürsə, bu iltihabi proseslərdən xəbər verir ki, bunun da xoşagəlməz fəsadları ola bilər.


Dırnaq səthinin dalğalı və nahamar olması isə artrit xəstəliyinin başlanğıcından xəbər verir.


İnsanlarda tez-tez müşahidə etdiyimiz xoşagəlməz vərdişlərdən biri dırnaqların yeyilməsidir. Bu pis vərdiş olmaqla yanaşı həm də həmin insanın daima narahat və həyəcanlı olmağının əlamətidir.

Yazını oxuduqdan sonra siz də dırnaqlarınıza diqqət yetirin. Əgər bir dəyişiklik hiss edirsinizsə gecikmədən həkimin görüşünə tələsin. Bu həm dırnaqlarınızın gözəl görünməsi, həm də sağlamlığınız üçün vacibdir.
Top