Hər xəstəliyin öz qidası

Hər xəstəliyin öz qidası

Yüksək təzyiq
Əsasən potasiumla zəngin olan əncir qurusu, pomidor, kartof, bananın kifayət qədər yeyilməsi lazımdır. Süd kalsiumla yanaşı potasiumla da zəngindir. Yüksək təzyiqdən əziyyət çəkənlərin duzdan uzaq durması lazımdır. Gündə 2 çay qaşığından çox duz istifadə edilməməlidir. Tərəvəz və meyvə az yeyən, ya heç yeməyən insanlarda yüksək təzyiq riski var. Gündə 2 porsiya meyvə yeməlisiniz və heç olmasa bir yeməyiniz tərəvəzdən ibarət olsun. Siqaret və spirtli içki vərdişinizdən uzaq durun, idmana vaxt ayırın.

Xolesterol
Xolesterol yüksəkliyi hər yaşda yaşana biləcək problemdir. Qatı yağlar, yağda qızardılmış ətlər, yağlı süd məhsulları və kremli məhsullar xolesterolu artırır. Xolesterolu nizamlayan meyvə-tərəvəz, noxud, lobya kimi paxlalılar yeyə bilərsiniz. Qatı yağ yerinə zeytun yağından istifadə edin. Yüksək lifli qidalar, tam taxıl məhsulları və tam taxıldan hazırlanmış çörəyə üstünlük verin. Yüksək çəki yüksək xolesterola səbəb olur. Buna görə fiziki cəhətdən aktiv olmağa çalışın.

Depressiya
Gərgin və sürətli həyatın gətirdiyi problemlərdən biri də depressiyadır. Hormonların zərər görməsi nəticəsində ortaya çıxan depressiyanın qarşısını almaq üçün  maqnezium, B qrup vitaminləri, D vitamini, fol turşusu və C vitamini qəbul etmək lazımdır.

Yağlı toxumlar, quru paxlalılar, şokolad, yaşıl yarpaqlı tərəvəzlər və kakao maqneziumla zəngindir. B qrup vitaminlərinin təməl qaynağı çörək, taxıl, toyuq,  balıq, yumurta sarısıdır. B  vitamini ilə zəngin olan bütün heyvan məhsullarından istifadə edə bilərsiniz.

D vitamini azlığı yorğunluq və depressiyaya yol açır. Bəzi araşdırmalara görə, depressiyanın Omega 3 səviyyəsiylə əlaqədardır. Yağlı balıqların yeyilməsi lazımdır. Tiroid problemi və diabeti olanlar daha çox depressiyaya məruz qalır. Buna görə xoşbəxtlik hormonu olan seratonin ifraz edən qidalar çox yeyilməlidir.

Mədə turşuması
Mədə turşumasının səbəbi nizamsız yemək və su içməməkdir. Asit tərkibli qidalar, qızartma və qovurma qidaların çox yeyilməsi də buna səbəb olur. Ləbləbi, çörək, duzlu krakerlərə daha çox üstünlük verilməlidir. Nanədən uzaq durmalı və axşam 9-dan sonra heç nə yeyilməməlidir. Gecə oyanıb yemək yemək özü də mədə turşuluğunu artırır.

Əzələ zəifliyi 
Düzgün qidalanmamaq əzələ zəifləməsinə səbəb olur. Bunun üçün ən əsas protein və karbohidratla zəngin qidalar yeməkdir. Günlük karbohidrat ehtiyacını ödəməyən insanlarda əzələ itkisinə daha çox rastlanır. Yumurta ağının hər səhər yeyilməsi lazımdır. İdmanla məşğul olursunuzsa, idmandan əvvəl quru meyvələr, idmandan sonra pendir və çörək yeyin.

Damar tıxanıqlığı
Damar tıxanıqlığına  genetik səbəblə yanaşı qida seçimi də təsir edir. Ətli yeməkləri azaldıb daha çox tərəvəz yeməklə bu riski azalda bilərsiniz. Zeytun yağlı tərəvəz və salatlar yeyin.

Baş ağrısı
Baş ağrısının səbəbi düzgün qidalanmamaq və düzgün yemək saatının olmamasıdır. Stress və gərginlikdən dolayı yaranan baş ağrısını azaltmaq üçün seratonin hormonunu artıran banan, çiyələk, yemiş, şirniyyat, şokolad yeyin. Çörəksiz pəhrizlər də baş ağrısına səbəb olur. Buna görə pəhrizinizə buğda, çovdar unundan hazırlanmış çörək daxil edin.

Qəbizlik
Nizamsız yemək saatları, hərəktsizlik, tez yeyilən qidalar, su içməmək bağırsaqların hərəkətinə mənfi təsir edir və qəbizliyə yol açır. Qəbizliyin qarşısını almaq üçün liflə zəngin meyvə və tərəvəz yemək, gündə 2-2.5  litr su içmək, idman etmək lazımdır. Günorta saatlarında əncir qurusu, xurma, quru ərik yeyə bilərsiniz. İstifadə etdiyimiz ağ çörək qəbizliyə səbəb olduğundan buğda və çovdar unundan hazırlanmış çörəklərə üstünlük verin.

 

 

Top