Yaşınızın neçə olmağından asılı olmayaraq bədəniniz sağlam və canlı olduğu müddətdə özünüzü həmişə gümrah, gənc hiss edəcəksiniz. Belə ki, kosmetika sektoru bu sahədə çox inkişaf etmiş olsa da, ən təsirli üsullara sağlam qidalanma və idmanla məşgul olmaq aiddir.
Amerika dieta saxlayanlar dərnəyi, bədəni gənc və təravətli saxlayacaq yeməkləri, qidaları açıqlayıb. Bunlara sırf buğdadan hazırlanan makaron, qovrulmuş qarığdalı, yumurta, paxla, qatıq, kanola yağı, təbii şirniyatlar və desertlər (bal, bəhməz və s.) aiddir.
Ensklopedik biliklərə əsaslanan və söykənən bu qidalar insanlarda vaxtından tez yaşlanmağın qarşısını almaqla bərabər onları xərçəngə və ürək xəstəliklərinə qarşı qoruyur.
Sırf buğdadan hazırlanan makaron adı verilən bu qidanın tərkibində adi, normal makarondan üç qat artıq antioksidant var. Tədqiqatçılar tədqiqatlar zamanı qidada olan liflərin xolestrolu azaldaraq, ürək tutması xəstəliyi olan kəslərin bu riskdən uzaq olduğunu göstərir.
Qovrulmuş qarığdalıda olan «Polifenol» maddəsi xərçəngin düşməni hesab olunur, meyvələrə nisbətən sözü gedən maddə qovrulmuş qarığdalıda 4 qat artıq olur.
Yumurta vasitəsi ilə alınan lutein, spanaq kimi çoxlu luteini olana nisbətən bədən tərəfindən tez mənimsənilir.
Qırmızı paxla başda olmaqla bütün sortlarının tərkibində olan «fitokimyəvi» bitkinin özəyi sayəsində yaşlanmaya səbəb kimi göstərilən sərbəst radikalları məhv etdiyi sübut olunmuşdur.
Gündə bir kasa qatıq vücuda girən digər antioksidantların funksiyalarını yerinə yetirməsini təmin edir. Ürək tutması, xərçəng və xroniki xəstəliklərə qarşı qoruyur.
Tərkibində çoxlu miqdarda alfa-tokoferol adlanan antioksidant olan kələmçiçəklilər fəsiləsinin kələm cinsinə aid olan raps (kanola yağı) bitki növü pis xolestrolu azaldır, gənc və gümrah qalmağa səbəb olur.
Təbii şirniyyatlar. Mütəxəsislər xərçəngdə daxil olmaqla bir çox xəstəlikləri səbəb olan şəkərin əvəzinə, yüksək anti-oksidant faizinə sahib olan bal, bəhməz və s. kimi təbii şirniyyatların istifadəsini tövsiyyə edirlər.