Passiv siqaret çəkmə

Passiv siqaret çəkmə

Passiv siqaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir.
Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir.

STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir. 

Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast gəlinən bir vəziyyətdirmi?

A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir. 5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır. Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir.

Kimlər risk qrupundadır?
STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki körpələr, kiçik körpələr və uşaqlar daha böyük risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər, beyin kimi orqanlar zərər görərlər.

Ana bətnindəki körpəyə və yeni doğulanlara təsirləri 
Ana və körpə arasında hamiləlik boyunca bir qan dövranı və bu yolla bir mübadilə vardır. Siqaret çəkən hamilə qadınlarda bu mübadilə dəyişir. Uzun dövrdə nə kimi sağlamlıq problemlərinə gətirib çıxardığı hələ bilinmir. Amma bəzi işlər hamiləlikdə siqaret çəkmənin damaq-dodaq yarığı kimi doğum anomaliyalarına gətirib çıxardığını göstərmişdir. Siqaret çəkən anaların daha az südü vardır, körpələri aşağı çəkili doğulur. Siqaret çəkən ana uşaqlarında «Ani körpə ölümü sindromları»na daha çox rast gəlinir. Bu da 1-12 aylıq körpələrin ən çox ölüm səbəbidir.

Uşaq ağciyərləri və tənəffüs sistemi
Hər yaşdakı uşaqda STT- ə məruz qalmaq, ağciyər funksiyalarını pozar. Uşaqlıq dövrü xəstəliklərinin sıxlığını və şiddətini artırır. Passiv siqaret çəkmə; sinüsit, rinit, fibroz kista, xroniki tənəffüs problemləri (öskürək, gənzik axıntısı kimi) narahatlıqlarını artırar. 2 yaşdan kiçik uşaqlarda STT bronxit və sətəlcəm ehtimalını artırar.

1992 tarixli bir tədqiqatda STT- nün 18 aydan kiçik uşaqlarda hər il 150.000-300.000 aşağı tənəffüs yolları infeksiyalarına gətirib çıxardığı müşahidə edilmişdir. Bu xəstələrdən 15.000i xəstəxanada yatmaq məcburiyyətində qalmışdır. Gündə yarım qutu və ya daha çox siqaret çəkən ana-ataların uşaqlarının hər hansı bir tənəffüs yolu xəstəliyindən xəstəxanaya yatma riski 2 qat daha çoxdur.

STT (siqaret tütünü tüstüsü) və qulaqlar
Siqaret tütünü tüstüsü həm qulaq infeksiyalarının sayını artırIr, həm də qulaq xəstəliyinin müddətini uzadIr. Tənəffüs edilən tüstü burun arxasıyla orta qulağı bir-birinə bağlayan yefistaxi borusunu genişləndirə bilər. Bu da orta qulaqda maye toplanması və infeksiya iıə özünü göstərər. Uşaqlarda eşitmə itkisinin ən əhəmiyyətli səbəblərindən biri qulaq infeksiyasıdır. Əgər dərmanla təsirli cavab alına bilməzsə cərrahı cəhd lazımdır.

STT və beyin 
Hamiləlik və ondan sonra siqaret çəkən anaların uşaqları digərlərinə görə daha çox davranış pozuqluğu göstərər. Hiperaktivlik, məktəbdə özünü aparma və intellektual səviyyədə də pozulmaar müşahidə olunar.

Passiv siqaret çəkmə xərçəngin səbəbidirmi?
İndiyə qədər yalnız passiv siqaret çəkmənin uşağınızın inkişafına zərər verdiyini öyrəndiniz. Yaxşı STT-nün digər xərçəng əmələ gətirə bilən hava çirkləndirici maddələrdən 100 qat daha çox xərçəngə gətirib çıxarma riski olduğunu bilirdinizmi?

STT-nün hər il 3000-dən çox siqaret çəkməyən adamın ağciyər xərçəngindən ölümünə gətirib çıxardığını bilirsinizmi? İndi bunları öyrənmişkən uşağınızın passiv siqaret çəkmədən dərhal, bu andan etibarən qarşısını ala bilərsiniz.

Nə edə bilərsiniz ? 
1. Əgər siqaret çəkirsinizsə onu tərgidin! Bu mövzuda köməyə ehtiyacınız olsa həkiminizə müraciət edin. Çünki, siqareti tərgitməyə köməkçi olacaq bir çox üsullar artıq vardır.
2. Evinizdə siqaret çəkənlər varsa, onların tərgitməsinə köməkçi olun. Bu mümkün deyilsə, onlardan və qonaqlarınızdan evin xaricində siqaret çəkmələrini xahiş edin.
3. Avtomobilinizdə siqaret çəkilməsinə icazə verməyin!
4. Uşağınızın məktəbində ya da ətrafında siqaret çəkilməyinə nəzarət edin.
Top