İtburunun çox saylı şəfası

İtburunun çox saylı şəfası

Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biridə itburnudur.

İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosfordan ibarətdir. İtburnunun dənəsinin tərkibində isə vanil var.

İtburnu yoluxucu xəstəliklər və soyuqdəyməyə qarşı orqanizmin immunitet sistemini gücləndirir. Bununla yanaşı həmçinin o qəbizlik, öd kisəsi və böyrək üstü vəzilərə də müsbət təsir edir. Həmçinin itburnu mükəmməl bir təzyiq tənzimləyicisidir.

Zəngin vitamin tərkibinə malik olan itburnu gözləri qidalandırır eyni zamanda gündə iki və ya üç stəkan itburnu çayı içən qadınlarda selülit problemi olmaz.

İtburnunun tərkibindəki A vitamini gecə korluğu adı verilən xəstəliyi aradan qaldırır və dərini sızanaqlardan təmizləyir.

Tərkibindəki B1 vitamini isə qavrama qabiliyyətini artırır və beyinin funksiyasını gücləndirir.

Top