Mumiyo - Dağların göz yaşı

Mumiyo - Dağların göz yaşı

Mumiyo xalq təbabətində üç min il bundan əvvəl də tətbiq edilirdi.
İbn Sina demişdir: «Mumiyo hiss etmə qabiliyyətini kəskinləşdirən, mədəni möhkəmlədən, nəfəs almanı yüngülləşdirən ən təkmilləşmiş mürəkkəb dərmandır». «Mumiyo» yunan sözü olub «bədəni saxlayan» deməkdir. Bunu anlamaq çox da çətin deyildir, axı, mumiyo və mumiya sözü eyniköklüdür. Belə məlum olur ki, uzun əsrlər boyu Misir mumiyalarının saxlanmasına kömək edən «illiriya qətranıdır», о, bizə bəlli olan qəhvəyi rəngli, qətranlı maddədən başqa bir şey deyildir və həqiqətən də heyrətamiz xassələrə malikdir.

BÜTÖVLÜKDƏ YIĞILMIŞDIR

Mumiyo, çatlamış qayalar arasında qara-qəhvəyi rəngli, artımlar kimi əmələ gəlir və ona görə də, hərdənbir onu «dağların göz yaşı» adlandınrlar. Mumiyo, orqanizmə hərtərəfli müalicəvi təsir göstərən, bioloji cəhətdən fəal üzvi və mineral maddələrin, mikroelementlərin və başqa birləşmələrin nadir kombinasiyasını təşkil edir.

«Dağ qətranı» Mendeleyevin kimyəvi dövri sis­teminin 50 elementini özündə birləşdirir və ən əsasları bunlardır: kalsium, fosfor, maqnezium, xrom, manqan, dəmir, mis, gümüş, qızıl, kobalt, nikel, sink, silisium, vismut və s. Mumiyonun tərkibində xüsusən çox olan elementlər kalsium, maq­nezium və misdir. «Dağ məlhəmi» manqan ilə daha zəngindir. Bu element, birləşdirici və qığırdaq toxumalarının sümük quruluşu üçün zəruridir və bun­dan başqa o, vəzilərin sintezində də iştirak edir. Onun orqanizmdə kifayət qədər olmaması, boy artımını və inkişafı zəiflədir. Sümük sisteminin əsasını təşkil edən kalsium və fosforun orqanizmdə olması sayəsində, zədələnmə, smıq və çıxıq zamanı, qeyri-spesifik müalicə vasitəsi kimi, mumiyodan istifadə olunur.

Tənəffüs sistemi fermentləri olan sitoxromlar və eritrositlərin tərkibinə dəmir, xrom, kobalt və mis daxildir. Yüzdən artıq müxtəlif cür fermentlərin və hormonların sintezi üçün sinkin olması zəruridir. Maqnezium, orqanizmin enerji hasil etməsində, qlükozanın metabolizmində, amin turşularının fəallaşmasında, zülalın biosintezində, orqaniz­min soyuğa qarşı uyğunlaşmasında, damarın elastik olmasında iştirak edir və böyrəküstü, cinsi vəzilərin qabığındakı hormonların strukturuna

Mumiyonun tərkibinə daxil olan üzvi maddələr, heç də az əhəmiyyət kəsb etmir. Onun tərkibində 6-8 amin turşusu vardır. Ən başlıcaları qlisin və qlyutamin turşusudur. Qlisin alkoqola hərisliyi zəiflədir, depressiya və abstinensiya halmı azaldır, yuxunu da normallaşdırır. Qlyutamin və kəhrəba turşusu, əzələ üçün, xüsusən də ürək əzələsi üçün enerji verir.

AĞDAN QARAYADƏK

Baş bilənlər sübut etməyə çalışırlar ki, əsl mənada müalicə əhəmiyyətli olan nadir dərmanların istehsalı üçün yüksək keyfiyyətli xammala tələbat vardır — axı, bu gün də mumiyonun bir neçə növü məlumdur, onlar təkcə mənşələrinə görə yox, həm də orqanizmə müalicəvi təsirinə görə bir-birindən fərqlənir. Məsələn, qırğızlar mumiyonun növlərini belə ayırırlar: qırmızı rəngli mumiyo -qızıl, ağ rəngli — gümüş, mavi rəngli — mis, qara-qəhvəyi rəngli — qara mumiyo adlanır. Tədqiqatçıların bəziləri hesab edirlər ki, ən faydalı mumiyo qara rənglidir, başqaları isə hesab edirlər ki, onlar arasındakı fərq, çox da böyük deyildir.

YERİ GƏLMİŞKƏN...

Qədim Şərq təbibləri mumiyo vasitəsi ilə sınıq və çıxıq, poliomielit və miqren, epilep­siya və zəhərlənmə, mədə yarası və vərəm kimi xəstəlikləri müalicə edirdilər. İndiki zamanda mu­miyo Mərkəzi Asiya, İran, Əfqanıstan, Tibet və Hindistan kimi ölkələrin xalq təbabətində çox yayılmışdır. Belə hesab edilir ki, bu dərman, orqaniz­min müxtəlif toxumalarında regenerasiya prosesini gücləndirir və bundan əlavə, soyuqdəyməyə qarşı, antitoksin və ümumi möhkəmləndirici preparat ki­mi istifadə edilir, həm də baş beyin və əsəb siste­minin bir neçə zəruri funksiyalarını bərpa edir.

Mənbə Qanun jurnalı

Top