Digər tərəfdən, antibiotik müqavimətə gətirib çıxaran triklozan xloroform kimi sağlamlığa zərərli maddələrin əmələ gəlməsinə, həmçinin sudakı sərbəst xlorla birləşərək dixlorofenolun yaranmasına şərait yaradır ki, bu da ultrabənövşəyi şüaların təsiri ilə dioksinə çevrilir. Dioksin isə çox zəhərlidir və orqanizmdəki hormonlarda ağır fəsadlar törədir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, triklozanla təmasda olan uşaqlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Triklozan eyni zamanda üz losyonlarına, kosmetik vasitələrə və bir çox başqa bu kimi məhsullara qatılan bir maddədir.
Onu da qeyd edək ki, bu maddədən son illərdə daha çox istifadə olunmağa başlanılıb (mətbəx alətləri, oyuncaqlar, yataq dəstləri, corablar, paltarlar, kompyuter klaviaturaları və s.).