Reyhan — dodaqçiçəklilər fəsiləsindən bir illik bitki cinsidir.
Vətəni Hindistan və İrandır. Cənubi Avropanın bütün ölkələrində becərilir. Hündürlüyü 20-60 sm arasında dəyişir.
Yarpaqları yaşıl və çəhrayı, çiçəkləri ağ və çəhrayı rəngdədir.Yarpaqlarının eni 1-3 sm, uzunluğu 1-5 sm-dir.
Soyuğa qarşı həssasdır.150 –dək növü məlumdur.
Xoş dadlı və ətirli olduğu üçün əsasən ədviyyat kimi işlədilir.Reyhandan əsasən souslara, salatlara və yeməklərə dad və ətir vermək üçün istifadə edilir.Reyhan pomidor və xiyardan hazırlanmış salat üçün də əsas ətir və dad mənbəyidir.
Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, sellüloza, vitaminlər ,boya maddələri və s. var.Yarpaqlarında olan boya maddələri (məsələn, xlorofil, flavon, karotin kimi) tibbi cəhətdən çox faydalıdır. Qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır.Reyhanın digər faydaları isə aşağıdakılardır:
Faydaları:
Enerji verir.
İştahaaçıcıdır.
Sakitləşdirici təsirə malikdir.
Depressiyaya qarşı faydalıdır.
Ağız yaralarına qarşı faydalıdır.
Öskürəyin qarşısını alır.
Baş gicəllənməsinini aradan qaldırır.
Dəri xəstəliklərinə qarşı faydalıdır.
Saç köklərini gücləndirir.
Arı zəhərinin təsirini azaldır.
Revmatizma xəstəliyinin mualicəsinə kömək edir.
Oynaq ağrılarını aradan qaldırır.
Bronxit və astma xəstəliklərinə qarşı qoruyur.
Avitaminoza qarşı faydalıdır.
Yuxusuzluğu aradan qaldırır.
Sidikqovucu və qazqovucudur.
Başağrısını aradan qaldırır.
Spazmalara qarşı təsirlidir.
Böyrək xəstəliklərinin profilaktikasında tətbiq edilir və s.