1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunmuşdur.
Bu göstərici xanımlar üçün — 50 qram, kişilər üçün isə — 70 qram təyin edilmişdir. Lakin müasir mütəxəssislər bu normanın çox olduğunu düşünürlər. Məhz bunun nəticəsində, Nyukasl Universitetinin həkimləri müasir dövr üçün gündəlik şəkər normasını — 5 çay qaşığı qədər təyin ediblər. Bu isə öncəki göstəricilərdən xeyli az, daha dəqiq isə — 30 qram təşkil edir. Həkimlərin iddiasına görə, bu norma, ürəyin işini yaxşılaşdırır, şəkər xəstəliyindən qoruyur və dişlərə olan mənfi təsirin qarşısını alır.
Qeyd olunur ki, bu normaya, gün ərzində içdiyimiz çaya və ya qəhvəyə əlavə etdiyimiz şəkərlə bərabər, həmçinin şirniyyat, qazlı və qazsız içkilərin tərkibində olan şəkər də daxildir.