Sağlam həyat üçün məlumatlar və məsləhətlər

Sağlam həyat üçün məlumatlar və məsləhətlər

Alma ömrü 17 il uzadır!
Alma insan orqanizminin cavan qalmasına kömək edir. İngiltərənin Noriç Universitetinin alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ürəyi cavanlaşdıran, qan dövranını yaxşılaşdıran, immuniteti gücləndirən mürəkkəb element aşkar ediblər. Epaktehin polifenolə adlı element ürək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir. Britaniyalı alimlər iddia edirlər ki, mütəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ürək xəstəlikləri, infarkt və insultdan daha çox qoruyur. Təcrübələr zamanı 1000 könüllü mütəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb.

Dərmanı su ilə için!
Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır. Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri «Amerika Kimya Dərnəyi»nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı.

Ağlamaq orqanizmə faydalıdırmı?!
Bəzən kədərdən bəzən isə sevincdən gözlərimiz yaşla dolar. Cəmiyyətdə ağlamağı bir zəiflik əlaməti kimi düşünənlər olsa da mütəxəsislər ağlamağın ən azı sevinmək və ya gülmək qədər normal bir proses olduğunu və insan orqanizmi üçün bəzi faydasınım mövcudluğunu vurğulamışlar. Bəzən insan tənha bir otağa çəkilərək doyunca ağlamaq ürəyini boşaltma ehtiyacı hiss edir. İngilis professoru Dr. Leslie Beth bu kimi hallara belə izah vermişdir. Ağlamaq psixoloji rahatlama ilə yanaşı vücudun da rahatlamasına şərait yaradır. Göz yaşının müxtəlif növləri mövcuddur. Yaxınlığımızda hər hansı bir tüstü olarsa və ya yanımızda soğan soyarlarsa bu zaman gözlərimiz yaşara bilər. Araşdırmalar bu zaman əmələ gələn göz yaşlarının gözü hər hansı bir xarici təsirdən qorumaq üçün yaranmış refleks olduğunu və bu tip göz yaşlarını ağladığımız zaman yaranan göz yaşlarından biokimyəvi tərkibinə görə olduqca fərqli olduğunu göstərmişdir. Hislərimizin səbəb olduğu göz yaşları orqanızmi bəzi toksinlərdən qoruyur. Başqa sözlə orqanizmdəki zəhərli hormonların xaric olunması üçün ağlamaq faydalıdır

Top